reklam
» » "Səməd Səmədov yoxlama apardığımız toyda idi" - DİN

reklam

"Səməd Səmədov yoxlama apardığımız toyda idi" - DİN


İyulun 1-də yoxlama apardığımız paytaxt restoranlarının birində dünyasını dəyişmiş xalq artisti Səməd Səmədov iştirak edirdi. O, bizə dəstək oldu və COVİD-19-la bağlı ictimaiyyətə elan verdi. Lakin onun bu gün həyatını itirməsi koronavirusla əlaqədardır. O, sağlamlığına biganə yanaşırdı. Özündən başqa digər qohumları da COVİD-19 səbəbindən dünyasını dəyişmişdi. Bu, artıq cəmiyyət üçün bir çağırış olmalıdır.

Axar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, toy və digər kütləvi məclislərdə karantin davranış qaydaları kobud şəkildə pozulur:

“Ev şəraitində keçirilən 50 nəfərədək olan məclislərdə yenə də sosial məsafənin gözlənilməməsi və tibbi maskadan istifadə olunmaması hallarına rast gəlinir. Bununla yanaşı, ictimai nəqliyyatda və əhalinin çox olduğu yerlərdə də sosial məsafənin gözlənilməməsi və qaydalara əməl olunması qeydə alınır. Qaydalar cəmiyyətin sağlamlığına yönəlmiş tədbirlərdir. Heç bir halda hökumət maraqlı deyil ki, vətəndaşın şad gününə hansısa inzibati formada müdaxilə etsin. Bu gün yoluxma rəqəmlərinə insanlar etinasız yanaşmamalıdır. Bakıdan, Mingəçevirdən, Şəkidən, Şirvandan, Göyçaydan peyvənd pasportu olmadığı üçün toya buraxılmayan vətəndaşlarımızın görüntülərini yaydıq. Əgər orada nəzarət və yoxlama tədbiri olmasaydı həmin şəxslər məclisdə iştirak edəcəkdi və bu da yoluxmanın kəskin artmasına səbəb olacaqdı. Təsadüfi deyil ki, biz toyda aktiv COVİD xəstəsi də saxladıq”.





Paylaş:


Müəllif : Tarix:
27-07-2021, 11:14
  


loading...
Загрузка...