reklam
» » Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

reklam

Əhmədinejad: “ETTELAAT Nazirliyində İsrail üzrə ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü, prezidentliyə səlahiyyəti rədd edilmiş keçmiş prezident Mahmud Əhmədinejad iyunun 11-də verdiyi bir video- müsahibədə İsrailin İranın təhlükəsizlik qurumlarındakl dərin nüfuzu barədə ifşaedici bəyanatlar səsləndirib.

Gunaz.tvQuote | Gunaz article
Əhmədinejadın ifşaedici yeni açıqlaması İsrailin təhlükəsizlik xidməti olan Mossadın keçmiş rəhbəri Yossi Kohenin İranın gizli nüvə proqramı ilə bağlı çoxlu mühüm sənədin oğurlanaraq ölkədən çıxarılması və İsrail casuslarının İranın ən həssas təhlükəsizlik və hökumət qurumlarına nüfuz etməsi ilə bağlı açıqlamasından bir gün sonraya təsadüf edib.
İsrail casuslarının 2018-ci ildə Tehranın Durquzabad (Turquzabad) məntəqəsində yerləşən gizli bir anbarda saxlanan külli miqdarda nüvə sənədləri arxivini ələ keçirməsinə, eləcə də İranın Möhsün Fəxrizadə kimi bir neçə nüvə aliminin İsailə bağlı qüvvələr tərəfindən öldürülməsinə toxunan Əhmədinejad deyib ki, İranın kəşfiyyat qurumlarına nüfuz etmiş “korrupsioner təhlükəsizlik bandası” bu kimi olayların baş verildiyi kimi cəmiyyətə işıqlandırılmasının qarşısını alır, məsələnin mahiyyətini ört-basdır etməyə çalışır.
“Nüvə alimlərinin terrorundan sonra sözü gedən həmin korrupsioner təhlükəsizlik bandası bu məsələni və nüvə sənədlərinin oğurlanmasını gizlədə bilmədiyi üçün bu məsələyə reaksiya verməli, öz mövqeyini bildirməli idi. Lakin onlar İsailin İranın həssas qurumlarına nüfuzunu gizlətmək və onu ört-basdır etmək üçün bir neçə bədbəxt və yazıq məhbusun sorağına getdilər və onlara dedilər ki, siz gəlin bu terror aktlarını öz üzərinizə götürün, biz isə bunun əvəzində sizi sərbəst buraxacağıq.

Mən isə həmin zaman o vatkı ETTELAAT nazirinə etirazımı bildirdim və dedim ki, siz bir nəfəri televiziyaya çıxarıb ondan yalançı etiraflar almaqla xalqı nə yerinə qoyursunuz və bu məsxərə işlər nədir edirsiniz. Dedim ki, bu terrorlar bir nəfərin işi ola bilməz. Bildirdim ki, bu ən azından 50 nəfərlik bir şəbəkə üzvlərinin işidir. Siz isə bu terrorları bir nəfərin boynuna atmaqla həm özünüzü, həm də xalqı məsxərəyə qoymuş olursunuz.

Maraqlıdır ki, sonradan İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) İsrail və onun İrandakı casusluq şəbəkəsi üzrə ən yüksək kəşfiyyat məmurunun özü də İsrail casusu çıxdı. Lakin bunu da ört-basdır etdilər və həmin şəxsin kimliyi açıqlanmadı.

Hesab edirəm ki, əgər kimsə İsrailin ETTELAAT Nazirliyində yalnız bir casusu olduğunu iddia edirsə, demək ki, həmin şəxs İsrailin İrandakı casusluq şəbəkəsini gizlətməyə, onu ört-basdır etməyə çalışır.
Turquzabaddakı anbardan oğurlanan və gizli yollarla ölkədən çıxarılan nüvə sənədlərinə görə də nə tutulanlar oldu, nə də kimsəni sorğu-suala tutdular. Bu məsələ də dərindən araşdırılmadı və hər şey yenə də ört-basdır edildi”, -deyə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bildirib.


Mossadın keçmiş rəhbəri Yossi Kohen
Qeyd edək ki, İsrailin təhlükəsizlik xidməti olan Mossadın keçmiş rəhbəri Yossi Kohen iyunun 10-da İsrail Dövlət Televiziyasının 12-ci telekanalına müsahibəsində Mossadın İrandakı gizli fəaliyyətindən və Tehranın yaxınlığındakı Turquzabad məntəqəsində yerləşən və nəzarət altında saxlanılan bir anbarda İranın nüvə fəaliyyətləri ilə bağlı külli miqdarda gizli sənədi necə ələ keçirdiklərindən danışıb.

O deyib ki, İranın nüvə alimi Möhsün Fəxrizadə terrora məruz qaımazdan əvvəl onun bütün fəaliyyəti və hərəkətləri iki il müddətinə İsrail kəşfiyyatının nəzarətində olub.

İran nüvə proqramı ilə bağlı gizli sənəndlər arxivini ələ keçirmək əməliyyatında isə 20 nəfər iştirak edib. Həmin 20 nəfərdən heç biri yəhudi və ya İsrail vətəndaşı olmayıb. Onların hamısı da hazırda sağdır, bəziləri də artıq İranı tərk ediblər. Mossad isə bu əməliyyatı həyata keçirmək üçün iki il plan üzərində işləmişdi.

Burada isə İran İslam Respublikasının rəhbərlərinə səslənib onlara deyirəm: Əziz dostlar, bilin ki, biz sizin içinizə nüfuz etmişik”, -deyə Mossadın sabiq rəhbəri Yossi Kohen bildirib.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə 2018-ci il sentyabrın 27-də BMT Təhlükəsizlik Şurasında çıxış edərək, Tehranın cənubunda (Turquzabadda) yerləşən gizli bir anbarda külli miqdarda nüvə avadanlıqlarının və Tehranın nüvə fəaliyyəti ilə bağlı çoxlu sayda gizli sənədin saxlanılmasından və həmin sənədlərin Mossadın əlinə keçməsindən danışımışdı.




Paylaş:


Müəllif : Tarix:
14-06-2021, 10:45
  


loading...
Загрузка...