reklam
» » DEPUTAT, MAAŞININ ÇOXLUĞUNDAN ŞİKAYƏTLƏNDİ – “Bunu deyən deputatın kənardan babat gəliri olmalıdır”

reklam

DEPUTAT, MAAŞININ ÇOXLUĞUNDAN ŞİKAYƏTLƏNDİ – “Bunu deyən deputatın kənardan babat gəliri olmalıdır”



“Qanunverici hakimiyyətlə icraedici hakimiyyətin səlahiyyətlərini qarışdırmağa ehtiyac yoxdur. Deputatların öz işlərini həyata keçirmək üçün kifayət qədər səlahiyyətləri var. Yəni deputatların ən əsas işi seçicilərin problemlərinin həllidir. Eyni zamanda, onların vəziyyətlərinin yaxşılaşdırılmasıdır”.
Bunu Modern.az-a deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
Deputatların maaş məsələsindən danışan millət vəkili bildirib ki, deputatlar icra strukturları və hökumət üzvlərinə sorğu göndərmək, ölkədəki müvafiq məsələlərlə bağlı ümumi vəziyyəti öyrənmək səlahiyyətlərinə və ona təsir etmək imkanlarına malikdirlər: “Hakimiyyət bölgüsünə diqqətlə yanaşmaq lazımdır. Deputatlar icra funksiyalarına malik deyillər. Onlar qanunvericilik funksiyaları ilə yanaşı, müəyyən qədər körpü rolunu da oynayır.
Seçicilərin şikayətlərini ifadə etmək imkanlarına malikdirlər. Mənə elə gəlir ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır. Onlar uyğunlaşmalıdır. Bu, ölkənin orta maaş səviyyəsi ilə bağlıdır”.

A.Mollazadənin bu fikirlərinə deputat həmkarı Etibar Əliyev münasibət bildirib. E.Əliyev “Feysbuk”da bununla bağlı yazıb: “Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır.
Məndən bu barədə münasibət bildirməyi xahiş etdilər. Münasibətim belədir: Asim bəy deputatların sayı ilə müəllim və həkimlərin sayının fərqini bilirsə, onda başa düşmək olmur ki, bu ifadəni nə üçün işlədib.
İkincisi, belə bir fikri işlətmək yalnız kənardan babat gəliri olan şəxsin könlündən keçə bilər. Onda maaş məsələsi heç gözə gəlmir. Buna baxmayaraq Mollazadənin yenə də belə ifadələr işlətməyə haqqı yoxdur.
Üçüncüsü, təklif edirəm ki, Asim Mollazadə daha böyük vətənpərvərlik nümayiş etdirib, partiyasına ayrılan vəsaiti internat tipli məktəblərə bağışlasın. O ki qaldı müəllimlərin və həkimlərin əməkhaqqına, bu məsələ həmişə dövlətin diqqət mərkəzində olub və olacaqdır”.


Paylaş:


Müəllif : Tarix:
12-05-2021, 15:44
  


loading...
Загрузка...