reklam
» » Koronaya yoluxan Xatirə İslamla bağlı xəstəxanadan AÇIQLAMA

reklam

Koronaya yoluxan Xatirə İslamla bağlı xəstəxanadan AÇIQLAMA


Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadə koronavirusa yoluxub.

Onlar dünən gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, müğənni və həyat yoldaşı Sağlamlıq Mərkəzinin İnfeksion COVID-19 şöbəsinə “Viral pnevmoniya” diaqnozu ilə qəbul edilib.

Xatirə İslamın vəziyyəti orta ağırlıqda, Fəxrəddin Musazadənin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Müayinə və müalicə tədbirlərinə başlanılıb, hazırda hər ikisinin müalicəsi davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
16-04-2021, 16:44
  


loading...
Загрузка...