reklam
» » Rusiya niyə Türkiyəyə aviareysləri dayandırdı? - SƏBƏB

reklam

Rusiya niyə Türkiyəyə aviareysləri dayandırdı? - SƏBƏB


"Rusiya heç vaxt böyük dövlət olmayacaq, çünki, çox cılız düşünür, çox düşük davranır. Gah pomidora qadağa qoyur, gah turistlərin qarşısını alır".

Bunu REAL partiyasının üzvü, iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert Rusiyanın bu gün Türkiyəyə bütün uçuşları dayandırmasını belə əsaslandırıb:

"Rusiyalılar Türkiyədə dincəlməyi çox sevir, uzun May Bayramlarlnda 2 milyona yaxın rusiyalı Türkiyəyə getməyə hazırlaşırdı - Bu gün Rusiya Türkiyə ilə bütün uçuşları dayandırdı, aprelin 15 dən iyunun 1-nə qədər qrafiklə olan reyslər və çarterlər olmayacaq, həftədə cəmi bir dəfə rəsmi səfərlər üçün Moskva-İstanbul reysi qalacaq.

Səbəb: Ukrayna prezidentinin Türkiyəyə səfəri və görüş zamanı prezident Erdoğanın Krımın işğalı, Ukraynanın ərazi bütövlünə dəstək haqqında bəyanatı, hərbi-iqtisadi sahələrdə bağlanmış çoxsaylı müqavilələrdir.

Türkiyə "Krım Platformasına" qoşulduğunu da bəyan etdi, bu format Krımın işğalına son qoymaq, Donbasın Ukraynaya qaytarmaq üçün yaradılıb".

"Türkiyə ilə Rusiyanın arasında çox yaxşı münasibətlərin olması bizə heç vaxt sərf etməyib, hər iki ölkə arasında müəyyən fikir ayrılığı, çəkişmələr olsa bizə xeyirdir.

Ukrayna məsələsində isə biz - Azərbaycan, bəyanatlarsız, qışqır-bağırsız imkan daxilində rəsmi Kiyevə dəstək olmalıyıq...", - deyə Natiq Cəfərli qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
12-04-2021, 23:42
  


loading...
Загрузка...