Məktəb direktoruna cinayət işi açılıb

Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı ilə bağlı Yevlax Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu barədə "Report"a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalarla, Babək Bəkirovun işdən azad edilən şəxsin adını vəzifəsini icra etmədiyi halda 5 il müddətində məktəbin əmək haqqı ödəniş cədvəllərinə daxil etməklə bank kartına köçürülmüş əməkhaqqı və digər ödənişləri nağdlaşdıraraq götürüb mənimsəməsinə, ayrı-ayrı müəllimlərin adlarına əlavə dərs saatları yazaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməməklə hüquqi şəxs olan Yevlax Rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 10 min manat məbləğində mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Babək Bəkirova Cinayət Məcəlləsinin 179.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2021, 15:15
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-04-2021, 15:15
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:53
Bu gün, 11:50
Bu gün, 11:48
Bu gün, 11:47
Bu gün, 10:33
Dünən, 21:14
Dünən, 19:00
Dünən, 18:21
Dünən, 15:48
Dünən, 15:46
Dünən, 15:44
Dünən, 11:43
Dünən, 11:37
Dünən, 11:28

Sarbonna təhsilli İnam Kərimovun nazirliyində korrupsiyada “məhsuldarlıq” - Yarımadıq...

Tibb Universitetində qanunsuz xərclər aşkarlanıb, 400 min manatdan çox vəsait dövlət büdcəsinə qaytarılıb

Köməyə ehtiyacı olan qazi ilə bağlı icra hakimiyyətindən açıqlama: - “Xəstədir də, 200 manat yardım olunub”

Həbslər vaxtında aparılmalı idi ki, məmurlar dövlət malını talan etməsinlər - 10 il yubanmışıq

Əli Heydərovu “paqona işlədiyi” üçün güllələdilər? - İKİNCİ VERSİYA “LOTU QULİ”YƏ GÖRƏ QİSASDIR...

Məşhur aparıcı Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - VİDEO

Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar cərimə tətbiqi ləğv edilib - Diqqət!

5 ahıl qadın ölüm aclığına başladı – Zeynəb Xanlarovanın bacısı oğlunun bu işdə nə rolu var?

İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir - İTTİHAM

“Mədəniyyət kanalı AzTV-nin balansından çıxarılıb Mədəniyyət Nazirliyinə verilməlidir” - QALMAQALLI TƏKLİF

“Ağstafa Aqropark”a qarşı vergi cəzası yoxsa “VOROVSKOY” YÜKLƏMƏ - Səməd Vəliyev mühüm şirkəti necə batırır?

Şou-biznesdə İFLAS İMİTASİYASI: - “Yalandan ağlamasınlar, onların pulu da var, hər şeyləri də...”

"Maaşlarımız verilmir, prezidentin ayırdığı vəsaiti İlham mənimsəyir" - Şirvan Xəstəxanasından Etiraz