reklam
» » “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olunub - Təfərrüatı məlum oldu (Yenilənib)

reklam

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olunub - Təfərrüatı məlum oldu (Yenilənib)

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun həbsinin detalları məlum olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən '"Report"un sorğusuna cavab olaraq bildirilib.

İstintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

***

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub. Bu barədə APA-ya onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.


Paylaş:


Müəllif : Tarix:
6-04-2021, 22:52
  


loading...
Загрузка...