reklam
» » ŞİRKƏT FIRILDAQÇI ÇIXIB, MİDA MƏSULİYYƏTDƏN BOYUN QAÇIRIR - Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir

reklam

ŞİRKƏT FIRILDAQÇI ÇIXIB, MİDA MƏSULİYYƏTDƏN BOYUN QAÇIRIR - Yüzdən artıq ailə ölkə rəhbərliyindən kömək istəyir


Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış kompleksində yerləşən 28 və 29 saylı binalardan mənzil alan sakinlər hələ də evlərinə köçə bilməyiblər.
Bu barədə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən sakinlər ölkə rəhbərliyindən kömək istəyirlər. 
Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən müraciətdə sakinlər bildirirlər ki, sözügedən binalardan müxtəlif vaxtlarda ev alıblar: “Bizimlə bu ərazidə inşaat işi aparan “KAT Holdinq” şirkəti arasında bağlanmış müqavilyə əsaən, 2018-ci ilin sonunda artıq mənzillərimizdə yaşamalıydıq. Eyni zamanda, bu şirkət MİDA MMC ilə bağladığı müqaviləyə əsasən, 27, 28 və 29 saylı binaları investisiya müqaviləsi əsasında tikib  təhvil verməli idi. Lakin bu günə qədər evlərimizə köçə bilməmişik. 
Alqı-satqı zamanı hətta ilkin "Çıxarış" alan sakinlər evlərini sığortata etdiriblər. Təsəvvür edin, yaşamadığımız mənzili sığortada etdiriblər. Hazırda bu işə Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində baxılmaqdadır. Lakin 9 ay keçməsinə baxmayaraq, bizə heç bir köməklik edilmir”.
Məktubda daha sonra yazılıb ki, “KAT Holdinq” şirkətinin təsisçilərindən biri həbs olunub: “Digər təsisçi isə Latviya vətəndaşıdır, o da heç bir iş görmür. Buna səbəb kimi “KAT Holdinq” şirkətinin vəsaitinin olmadığı göstərilir. Hazırda sakinlərdən kredit şərtləri ilə ev alanlar var ki, 17 aydır onlardan pul qəbul edilmir. Əgər bu məbləğlər qəbul olunardısa, yığılan vəsait hesabına yarımçıq qalan işləri yekunlaşdırmaq mümkün idi. Eyni zamanda, sayğacların quraşdırılması üçün də sakinlər pul ödəməyə də razıdırlar. Lakin şirkət bundan da imtina edir”.
Xatırladaq ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində 2017-ci ildə özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib. Müsabiqə nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC olub.
Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik 27 saylı  bina MİDA-nın sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər iki binanın (28 və 29 saylı binaların) mənzilləri investor, yəni “KAT Holdinq” şirkəti tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. 
Bağlanmış müqavilələrdə sözügedən 3 binanın tikintisinin 18 ay ərzində - 2018-ci ilik dekabrında başa çatdırılması planlaşdırılməşdı. Tikintilərə investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulmuşdu.
Ancaq şirkət müqaviləyə əməl etməyib. Bundan sonra sakinlərə yalan vədlər verilməyə başlanıb. 
Əvvəlcə, şirkətin direktoru Mail İbadov mənzillərin tam təmirli, yaşayışa yararlı halda 2019-cu ilin mart ayında veriləcəyini bildirib. Ancaq bu vədləri də yalan çıxıb.
Sakinlər yazırlar ki, həmin tarixdə müraciət etdikdə əvvəlcə tikintinin iyun ayında, daha sonra sentyabrda bitəcəyi barədə yalan vədlər verilib. Sentyabr ayında hələ də tikintinin aparılmadığını görən, ev sahibləri “KAT Holdinq”-ə gedərək onun sahibi Elçin Ələkbərov və şirkətin işçiləri ilə görüşüblər. Görüşdə verilən vədlər yenə də yerinə yetirilməyib. 
Onlar 2020-ci il yanvar ayında MİDA-ya üz tutublar. Agentliyin direktoru Fərhad Təhməzov və şirkətin təsisçisi Elçin Ələkbərovun iştirakı ilə baş tutan görüşdə mənzillərdə təmir işlərinin 2020-ci ilin Novruz bayramınadək təhvil veriləcəyi vəıd olunub. 
Hətta işin MİDA-nin ciddi nəzarəti altında bitiriləcəyini bildirsə də, heç bir təmir işinə başlamayıb. 

“Ötən ilin mart ayının 18-i yenidən MİDA-nə görüşə toplaşdıq. Bu dəfə görüşdə “KAT Holdinq”-ə zamin duran şəxs kimi Müasir İncəsənət Müzeyinin rəhbəri Xəyyam Abdinov da iştirak edirdi. Xəyyam Abdinov mart ayının 29-dan maliyyənin ayrılacağını və mayın sonlarında binanın təhvil veriləcəyini əminliklə vəd etdi. 
Amma təəssüf ki, bu da yalan vədlərdən biri oldu. Binanalarda təmir-tikinti işləri tam olaraq dayanıb. Ötən ilin iyun ayının 9-u yenidən bir qrup ev sahibləri ilə MİDA-ya toplaşdıq. Orada bizi Fərhad Təhməzov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədri Sadiq Sadıqov qəbul edərək ,tikintiyə heç bir məsuliyyət daşımadıqlarını bildirdilər,” - deyə sakinlərin müraciətində qeyd olunur.
Sakinlər daha sonra bildirirlər ki, bundan başqa “KAT Holdinq” MMC-yə 2020-ci ilin mart ayında yeni təyin olunmuş direktor Xəlilov Aydın Fikrət oğlu və şirkətin ikinci təsisçisi olan Latviyai vətəndaşı Povilas Pociusa işlərin davam etməsinə maneələr törədiblər: “Ev sahiblərinə yalan məlumatlar verərək, narazılıq yaradırlar və öhdəliklərinə düşən təzminatları ödəməkdən boyun qaçırırlar.  Sakinlərin halal pullarnı ödəyərək aldığı, dövlət sənədləri olan mənzillərinin Povilas Pociusa məxsus olduğunu və evlərin qeyri- qanuni əldə oldunduğunu iddia edirlər. 
Məlum olduğu kimi “KAT Holdinq” MMC-nin birinci təsisçisi Elçin Ələkbərov artıq 6 aydır ki, prokurorluq tərəfindən saxlanılıb. Amma evlərinin dəyərini ödəyən yüzlərlə sakin 3 ilə yaxındır ki, mənzillərinə qovuşa bilmir. Buna səbəb isə səlahiyyətli şəxslərin yuxarıda qeyd olunan özbaşınalığıdır. Əksərriyətimiz hal -hazırda kirayədə qalırıq”. 
Sakinlər ölkə rəhbərliyindən “KAT Holdinq” MMC-nin özbaşınalığına son qoyulmasını, MİDA rəhbərliyinin məsuliyyəti boynundan atmasının qarşısının alınmasını, sahib olduqları mənzillərin müqavilədə göstərildiyi kimi tam təmirli halda onlara təhvil verilməsi barədə göstəriş verilməsini xahiş edirlər.
Sakinlərin şikayəti ilə bağlı MİDA-nın və "KAT Holdinq” MMC-nin də mövqeyini öyrənməyə çalışacağıq. 


Paylaş:


Müəllif : Tarix:
27-02-2021, 11:06
  


loading...
Загрузка...