"MOSKVAYA HEÇ VAXT İNANMAQ, ETİBAR ETMƏK OLMAZ" - "Rus ordusunu ermənilərin xilası missiyasıyla göndəriblər"

"Rusiya tarixən ermənilərin himayəçisi missiyasını öz üzərinə götürüb. Və 200 ildən çoxdur ki, həmin missiyasını davam etdirir. Hələ də o missiyadan əl çəkməyib. Çünki Rusiyanın Qafqazda mövcudluğunun dayağı və onun buradakı nümayəndəliyi Ermənistanla bağlıdır."
RegionXəbərləri.com-un məlumatına görə, bu fikirləri Milli İstiqlal Partiyasının qurucusu, istiqlalçı deputat Etibar Məmmədov moderator.az-a açıqlamasında bildirib.
O bildirib ki, Rusiya Kremldə kimin hakimiyyətdə olmasına rəğmən ermənilərlə tarixi-siyasi müttəfiqdir və həmin müttəfiqlik bu günədək davam edir: "Odur ki, Moskvaya heç vaxt inanmaq və etibar etmək olmaz. Rusiya tarixən də öz verdiyi sözü tutmayan dövlət kimi yaddaşlarda qalıb. Onun imzaladığı heç bir müqaviləyə də, verdiyi sözə də, vədlərə də inanmaq olmaz.
Bu gün isə mövcud geostrateji duruma uyğun yaranmış vəziyyətdə hər şey Azərbaycanın gücündən və maraqların toqquşmasından asılıdır. Və siyasi rəhbərlikdən tələb olunan odur ki, həmin siyasi maraqları elə istiqamətə yönəltsin ki, Rusiya Azərbaycana daha az ziyan vura bilsin. Azərbaycan isə bundan öz milli maraqlarını həyata keçirmək üçün yararlana bilsin...”
“1990-cı ildə Bakıya gələn ordu “yerli hakimiyyəti devirməyə çalışan, milli azlıqlara qarşı talanlar törədən ekstremist ünsürlərə” nifrət ideologiyasıyla köklənmişdi. Bəs bu gün Qarabağa gələn rus ordusu hansı ideologiya ilə köklənib?” sualına cavab olaraq Etibar Məmmədov bildirib: “Indi də onları ermənilərin xilası missiyasıyla göndəriblər. Onların qarşısına Qarabağdakı erməniləri xilas etmək vəzifəsi qoyulub. Və gördüyünüz kimi, rus hərbçilər faktiki olaraq sülhməramlı yox, ermənilərin xilasedicisi missiyasını həyata keçirir.
Ermənilər üçün infrastruktur yaradır, evlər tikirlər, köçürtmə, məskunlaşdırma ilə məşğuldurlar. Buna qarşı isə hələlik bir dəfə Prezident tərəfindən edilən etiraz istisna olmaqla Azərbaycan tərəfindən kəskin rəsmi münasibət bildirilməyib.
Ancaq fikrimcə, hazırda torpaqlarımızda olan Rusiya kontingenti barədə sərt mövqe nümayiş etdirilməlidir ki, onların missiyası dəqiq müəyyənləşsin. Onların davranışları lazımi çərçivəyə salınsın ki, yalnız sülhyaratma missiyasına aid işlər görsünlər və başqa məsələlərə burunlarını soxmasınlar...”
Paylaş:
Müəllif : Fuad
Tarix:23-01-2021, 14:17
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-01-2021, 14:17
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:35
Dünən, 13:09
Dünən, 10:43
Dünən, 09:50
Dünən, 09:42
27-02-2021, 22:38
27-02-2021, 20:40
27-02-2021, 19:24
27-02-2021, 19:19
27-02-2021, 13:17
27-02-2021, 12:17
27-02-2021, 12:08

Bir milyon nizamnamə kaptalı olan sığorta şirkəti vergi borcun niyə ödəmir? - İLGİNC FAKT

Ordumuzun əsgəri təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - FOTO (Yenilənib)

Avtoxuliqanlıq edib, sosial şəbəkədə görüntülərini paylaşan avtobus sürücüsü həbs edildi - FOTO/VİDEO

ABŞ PUTİNDƏN SONRAKI DÖVRÜ NECƏ PLANLAŞDIRMALIDIR? – “Putinin qorxusu şəxsi xarakter daşıyır”

"RAMİZ MEHDİYEVDƏN DÖVLƏTİMİZ HƏMİŞƏ XƏYANƏT GÖRÜB..." - "37-ci il repressiyasını başqa formada tətbiq edib"

"UŞAQLARIMIZI GİZLİNCƏ QARABAĞA APARIRLAR..." - Ermənistandan sensasiyalı VİDEOREPORTAJ

"ERMƏNİSTAN GİZLİ ŞƏKİLDƏ HƏRBİÇİLƏRİNİ ƏRAZİMİZƏ YERLƏŞDİRİR!" - Azərbaycan XİN-dən sensasiyalı bəyanat

"SABAH RAMİZ MEHDİYEV HANSI PROSESLƏRƏ START VERƏCƏK?..." - "Nəcməddin Sadıkovun haradan hansı qiyafədə peyda olub..."

“QARABAĞDA RAZILAŞMA POZULUR VƏ GÖRÜNÜR Kİ...” – “Silahlı qruplaşmalar tərksilah olunmalı...”

NECƏ EDƏK Kİ, YENİ RAMİZLƏR, ZİYALAR, FAZİLLƏR YETİŞMƏSİN? - Əlimizlə verdiyimizi, ayağımızla axtaranlar olmuşuq...

Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...