reklam
» » Narkotacirlərə himayədarlıq edən Melkumyanlar

reklam

Narkotacirlərə himayədarlıq edən Melkumyanlar


Rusiyanın Rostov şəhərində hüquq-mühafizə orqanlarında geniş yayılmış erməni diasporu regionda cinayətkarlığın və qanunsuzluğun artmasının başlıca səbəblərindəndir. Əksər vaxtlarda bu icmanın nümayəndələri Ermənistandan gələnlərə himayədarlıq edir və yerli sahibkarları sıxışdırır.
Şəhərdə məşhurlaşmış Melkumyanlar ailəsinin nümayəndələri barədə açılan cinayət işi bunu təsdiq edir.
Qeyd olunur ki, Rostov polisinin müstəntiqi Aleksandr Melkumyan narkotik tacirindən cəzadan boyun qaçırmaq üçün 150 min rubl alarkən saxlanılıb.
Hazırda o, cinayət işinə cəlb edilib və 6 il müddətinədək həbs edilə bilər.
Bununla belə, Melkumyan soyadı rostovlulara çoxdan tanışdır. Onun yaxınları Sergey Melkumyan prokurorluq əməkdaşı, Aleksandr Melkumyan isə İstintaq Komitəsinin müstəntiqidir.
Həmin ailənin narkotacirlərə himayədarlıq etdiyi çoxdan məlumdur. Bundan başqa, onlar qaçaq silahların daşınması işinə nəzarət edir və ermənilərin şəhərdəki biznesinin böyük əksəriyyəti Melkumyanların himayəsindədir. (Trend)


Paylaş:


Müəllif : Tarix:
28-10-2020, 14:18
  


loading...
Загрузка...