reklam
» » Ermənistanda fərarilik artır - Parlament cəzaları sərtləşdirdi

reklam

Ermənistanda fərarilik artır - Parlament cəzaları sərtləşdirdi


Ermənistan Milli Məclisi bu gün keçirilən növbədənkənar iclasda Cinayət Məcəlləsinə müharibə dövründə bəzi hərəkətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.
Erməni KİV-ləri xəbər verir ki, ilk növbədə hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə cəzalar sərtləşdirilib.
Belə ki, hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə ermənilər 6 ildən 12 ilədək həbs ediləcəklər. Daha əvvəl sözügedən əməllərə görə həbs cəzası 4 ildən 8 ilədək nəzərdə tutulurdu.
Qərarın ilk oxunuşdan qəbul olunması ölkədəki hərbi vəziyyətlə bağlıdır. Belə ki, sosial şəbəkələrdə yayılan videolarda erməni hərbi qulluqçular hərbi xidmətdən yayınırlar, könüllülər isə cəbhəyə yollanmaqdan imtina edirlər.   /Modern.az


Paylaş:


Müəllif : Tarix:
27-10-2020, 22:35
  


loading...
Загрузка...