reklam
» » “Ermənilər öz vətəndaşlarını və ölmüş əsgərlərinin cəsədlərini qəbul etmək istəmir” - Hikmət Hacıyev

reklam

“Ermənilər öz vətəndaşlarını və ölmüş əsgərlərinin cəsədlərini qəbul etmək istəmir” - Hikmət Hacıyev


“Azərbaycan birtərəfli qaydada erməni əsgər və zabitlərin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, Ermənistan cavab verməyib”.
Bu sözləri bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycan birtərəfli qaydada Tovuz və Gürcüstan ərazisi vasitəsi ilə cəsədlərin Ermənistana verilməsinə hazır olduğunu bildirib, onlar hətta öz cəsədlərini qəbul etmək istəmirlər: “Eyni zamanda ahıl yaşda olan 2 şəxsin də birtərəfli qaydada qaytarılmasına hazır olduğumuzu bəyan etmişik. Ancaq Ermənistan hələ cavab verməyib”.


Paylaş:


Müəllif : Tarix:
27-10-2020, 20:02
  


loading...
Загрузка...