reklam
» » Ermənistan müharibədən sonra da atəşkəsi poza bilərmi? - Ekspert rəyi

reklam

Ermənistan müharibədən sonra da atəşkəsi poza bilərmi? - Ekspert rəyi


Ermənistanın üçüncü dəfə humanitar atəşkəsi pozması bu ölkənin danışıqlar prosesindən yayınması kimi qiymətləndirilir. Döyüş meydanında ard-arda zərbələr alsa da, sülh danışıqlarından imtina edən Ermənistan adı ətrafında inamsızlıq yaradıb. Hazırda ən çox müzakirə olunan məsələlərdən biri rəsmi İravanın müharibədən sonra da danışıqlara məhəl qoymayacağıdır.

Maraqlıdır, Ermənistan yekun sülh müqaviləsi imzalandıqdan sonra da bu cür davranışlar nümayiş etdirə bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, atəşkəsin hazırda pozulma səbəbi müharibənin davam etməsidir:

“Müharibənin getdiyi bir dönəmdə atəşkəsin reallaşmasına inam azdır. Hətta humanitar məqsədlə olsa da, vəziyyət belədir. Azərbaycan Ordusu uğurla əməliyyatı sona çatdırdıqdan, beynəlxalq aləm bunu qəbul etdikdən, hətta Ermənistanla müvafiq saziş imzalandıqdan sonra da Ermənistanın sazişi pozması mümkündür. Necə ki “Bişkek protokol”undan sonra atəşkəs illərlə pozuldu, bu da mümkündür. Yəni o demək deyil ki, biz Ermənistanla razılaşacağıq, nəticədə Ermənistan dərhal Dağlıq Qarabağ və ətraf rayonların itirilməsini həzm edəcək. Bütün bunlara baxmayaraq, əsas olan odur ki, biz ərazilərimizi nəzarətə götürək”.

Siyasi şərhçi qeyd edib ki, gələcəkdə sərhəddə müəyyən insidentin baş verməsi mümkündür:

“İnanmıram ki, Ermənistan böyük riskə gedib bizim şəhərləri raket atəşinə tutsun. Sərhəddə silahlı insidentlər yaşana bilər, amma ağılları, məntiqləri olsa, buna getməzlər, çünki bu, Ermənistana baha başa gələ bilər”.


Paylaş:


Müəllif : Tarix:
27-10-2020, 12:15
  


loading...
Загрузка...