reklam
» » Ermənilərin 7 mülki şəxsi yaraladığı yerdən - Fotolar

reklam

Ermənilərin 7 mülki şəxsi yaraladığı yerdən - Fotolar


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələri növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutub.
“Qafqazinfo”nun Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan vurulub. 
Mərmi nəticəsində bir minik avtomobili də yararsız hala düşüb.
***
Yaralılardan 6-sının adı məlumdur:
İbrahimli Fuad Məzahir oğlu, 1994-cü il;
İbrahimov Mahmud Qaçay oğlu, 1962-ci il;
İbrahimov Şahin Mahmud oğlu, 1988-ci il;
İsmayıllı İsmayıl Təfəkkür oğlu, 1994-cü il;
Əliyev Müzəffər Əli oğlu, 1971-ci il;
Şərifov İxtiyar Bəxtiyar oğlu, 1998-ci il. 
Həmin ərazidən fotoları təqdim edirik:
 




















Paylaş:


Müəllif : Tarix:
30-09-2020, 11:10
  


loading...
Загрузка...