reklam
» » “Qanuni oğru” “qırmızı həbsxana”ya niyə salınıb? – Kaxa Qalskinin ölümü ilə bağlı təfərrüatlar

reklam

“Qanuni oğru” “qırmızı həbsxana”ya niyə salınıb? – Kaxa Qalskinin ölümü ilə bağlı təfərrüatlar


Omsk həbsxanasında döyülərək qətlə yetirildiyi iddia edilən “qanuni oğru” Kaxaber Parpaliyanın (Kaxa Qalskiy) qohumları onun meyitinə baxış keçirib.

Parpaliyanın bədənində yüngül xəsarətlər olsa da, onun ölümünə səbəb olacaq dərəcədə işgəncə izlərinə rast gəlinməyib.

Rəsmi məlumata görə, Kaxaber Parpaliya ürək çatışmazlığından dünyasını dəyişib. “Qanuni oğru”nun meyitinə baxış keçirildikdən sonra bu, bir daha dəqiqləşib.

Ekspertlərin fikrincə, Kaxa Qalski dözülməz fiziki işgəncələr görməsə də, mənəvi və psixoloji təzyiqlərlə üzləşib. “Qanuni oğru” olmağına baxmayaraq ilk dəfə həbsə düşən Kaxa Parpaliya üçün bu təzyiqlər yüngül olmayıb.

“Qanuni oğru” Omsk həbsxanasına 2 gün idi gətirlimişdi. Kaxa Parpaliyanın meyitinə baxiş keçirilərkən onun həbsxana geyimində olmadığı diqqət çəkib. Ekspertlər hesab edir ki, “qanuni oğru” elə ilk gündən həbsxana rəhbərliyinin təzyiqlərinə tuş gəlib.

Omsk həbsxanası kriminal dünyanın nümayəndələri üçün dözülməz yer hesab edilir. Bildirilir ki, burada “oğru qaydaları” demək olar ki, işləmir. “Kriminal dünyanın nümayəndələri buranı “qırmızı həbsxana hesab edir”, - deyə ekspertlər qeyd edir.

Adətən “qanuni oğru”lar “qırmız həbsxanalara” etap olunmur. Bu yalnız cəza məqsədilə ola bilər. Ehtimal edilir ki, Kaxa Parpaliyanı da məhz cəzalandırmaq üçün Omsk həbsxanasına gətirblər.

Kaxa Qalski kriminal iyeryaxiyanın ali titulunu daşımasına baxmayaraq “oğru dünyası”nda birmənalı qarşılanmırdı. Hətta onun bu tituldan məhrum edilməsini istəyənlər var idi.

Parpaliyanın “oğru dünyası”nda irəli çəkilməsində “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) rolunun olduğu bildirilir.


Paylaş:


Müəllif : Tarix:
28-09-2020, 13:04
  


loading...
Загрузка...