reklam
» » Yağsız məhsullarla qidalanmaq insan orqanizminə zərəlidir

reklam

Yağsız məhsullarla qidalanmaq insan orqanizminə zərəlidir


"Yağsız məhsulların faydası əfsanədir. Onlar hətta insana ziyan gətirə bilər".

Bu barədə dietoloq Arina Skoromnaya bildirib.

"Bəzi insanlar arıqlamaq istədikdə yalnız üzərinə “pəhriz” və ya “arıqlamaq üçün”, ən son halda "yağsızlaşdırılmış” - sözləri yazılan məhsullarla qidalanmağa başlayırlar.

Amma bu variant heç bir xeyir gətirməyə bilər. Bundan başqa, yağsızlaşdırılmış məhsullarla qidalanmaq zərər verə də bilər", - dietoloq deyib.

"Yağsızlaşdırılmış məhsullar ona görə zərərlidir ki, piylər insana lazımdır və əgər biz hamımızın orqanizmi yağsızlaşdırılmış olsa, sağlıq durumumuzu daha pis edərik.

Kalsium piysiz mənimsənilmir, buna görə yağsızlaşdırılmış süd məhsullarının praktiki cəhətdən xeyri yoxdur. Artıq belə məhsulların maddələr mübadiləsinə mənfi təsir etməsinə dair bir neçə tədqiqar var", – Arina Skoromnaya qeyd edib.

O, vurğulayıb ki, “gücü” süni şəkildə daha da artırılan daha bir "sağlam" məhsul yeni sıxılmış meyvə şirələridir.

"Meyvə şirələri xüsusən səhərlər faydalı deyil. Səhərlər yeni sıxılmış meyvə şirəsi içmək ənənəsi heç bir xeyir gətirmir: belə olan halda qana şəkərin miqdarı çox güclü şəkildə artır", – o bildirib.

Arina Skoromnayanın sözlərinə görə, insanların hazır pəhriz məhsullarını seçərək, tərkibini oxuması və istehsalçının etibarına diqqət yetirməsi lazımdır.


Paylaş:


Müəllif : Tarix:
26-09-2020, 09:47
  


loading...
Загрузка...