reklam
» » PKK Azərbaycan ordusuna qarşı hücuma hazırlaşır — ŞOK FAKTLAR

reklam

PKK Azərbaycan ordusuna qarşı hücuma hazırlaşır — ŞOK FAKTLAR


PKK terror təşkilatı Azərbaycan Ordusuna hücuma hazırlaşır.

Son zamanlar Azərbaycanla Ermənistan sərhədində baş verən gərginlikdən sonra Ermənistanın keçmiş İran səfiri terrorçuların hərəkət istiqamətləri ilə bağlı açıqlama verib.

"Cairo.24”da yer alan məlumata görə, Qraçya Poladyan PKK-lı terrorçuların Qarabağ istiqamətində hərəkəti ilə bağlı hazırlanan bir planı yayıb. Məlumatda qeyd edilir ki, 25 nəfərdən ibarət terrorçu qruplaşma iyul ayında İraqdan İranın Urmiya şəhərinə aparılıb. Burada İnqilab keşikçiləri Əl Qüds Özəl qüvvələrinin nəzarətində olan Hamza taborunun qərargahında bir neçə gün qaldıqdan sonra Ermənistana gediblər.

Suriyanın Kamışlı bölgəsində olan 250 nəfərlik ikinci və üçüncü qrup isə sentyabr ayının əvvəllərində İrana, daha sonra isə Ermənistana gedib. Buradakı terrorçulardan sabotaj və partizan savaşı üçün istifadə edirlər.

Üçüncü qrup daha çox intihar və partizan hücumları istiqamətində ixtisaslaşıb. Bu qrupda 25 nəfər var. İddiaya görə, avqust ayında qeyd edilən bu qrup Hizbullahın İraq şöbəsi "Hərəkat al Nujaba"nın Bağdaddakı Sadr şəhərindəki qərargahına iki avtobusla daşınıb.

Bu ayın əvvəllərində 17 terrorçu İranın Kirmanşah, 8-i İlam şəhərinə göndərilib. Daha sonra onlar Ermənistana keçid üçün Urmiyaya aparılıblar.

Baş verən hadisələrdən sonra erməni tərəfi PKK-lı terrorçularının Azərbaycana qarşı əməliyyatlarda istifadəsinin əvəzində Türk PUA-ları ilə savaşmaq üçün Rusiya istehsalı olan raket sistemləri ilə təmin etməyi qəbul edib. Raket sistemlərinin təhvili ilə Kandildəki PKK liderlərindən biri olan Cemil Bayık tərəfindən koordinasiya edilir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bir neçə gün öncə verdiyi açıqlamasında terrorçu PKK təşkilatının üzvlərinin də işğal altındakı torpaqlara köçü haqqında məlumatların olduğunu demişdi. Onun sözlərinə görə, Türkiyə ordusu və hava qüvvələri son aylarda İraq və Suriya ərazisində gizlənən PKK-ya öldürücü zərbələr vurur. Buna görə də terrorçu təşkilat gizlənməyə yeni məkan axtarır. Bu məkanlardan biri kimi də işğal altındakı Azərbaycan əraziləri seçilə bilər. "PKK rəhbərliyi düşünür ki, bu yerdəyişmə ilə onlar özlərini Türkiyə ordusunun hücumlarından qoruya biləcəklər. Bu köçdən Ermənistan hakimiyyəti də öz məqsədləri üçün istifadə edərək bölgədəki separatçıların gücünü artırmağa çalışacaq. PKK ilə erməni terrorçu ASALA təşkilatı arasında əməkdaşlıq uzun illərdir davam edir.

Yəni bir-birlərinə yad deyillər. PKK ilk dəfə deyil ki, ermənilərə yardım əlini uzadır. PKK terrorçularının Azərbaycanın işğal altındakı ərazilərdə yerləşməsi bizim üçün yeni durum yaradır. Rəsmi Bakı yeni yaranan təhlükəni beynəlxalq təşkilatlar vasitəsilə həll edə bilməyəcək. Heç bir beynəlxalq təşkilat PKK terrorçularının işğal altındakı bölgələrdə yerləşməsinə mane olmayacaq".(baku.ws)



Paylaş:


Müəllif : Tarix:
21-09-2020, 13:16
  


loading...
Загрузка...