reklam
» » ABŞ-da 14 milyona villa alıblar - Foto

reklam

ABŞ-da 14 milyona villa alıblar - Foto


İngiltərə krallıq ailəsindən rəsmən çıxan Harri və həyat yoldaşı Meqan Marklın ABŞ-da  sakit ərazidə bir malikanə aldığı ortaya çıxıb.
Paparatsilərin tez-tez ziyarət etdiyi Beverli Hillsdə narahat olan cütlüyün gözdən kənarda yaşamaq və oğullarının normal həyat sürməsi üçün Santa Barbaraya köçdüyü məlum olub. Cütlük burada aldığı, 9 yataq otağı və 16 vanna otağından ibarət malikanə üçün 14 milyon 650 min dollar ödəyib.
Bildirilir ki, 2003-cü ildə inşa edilmiş malikanə 2009-cu ildə 24 milyon dollara son sahibinə satılıb. Köşkün bağçasında tennis kortu, üzgüçülük hovuzu və çay evi var. Bundan əlavə əsas binada kitabxana, iki sauna, oyun otağı, idman salonu və 5 maşınlıq qaraj yerləşir.

 


Paylaş:


Müəllif : Tarix:
13-08-2020, 17:12
  


loading...
Загрузка...