reklam
» » Eldar Əzizov Zülfəli İsmayılovu hədəfə alıb – İDDİA

reklam

Eldar Əzizov Zülfəli İsmayılovu hədəfə alıb – İDDİA

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı ŞİH-nin Nəzarət və təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovu hədəfə alıb.
Bu barədə Gundelik-Baku.com saytı xəbər yayıb.
Saytın xəbərinə görə Eldar Əzizovun Zülfəli İsmayılovu hədəfə almasının səbəbi Nəzarət və təftiş şöbəsinin müdirinin yüksək peşəkarlığı, yuxarı dairələrlə yaxşı münasibətdə olması və xalq arasında yüksək nüfuza sahib olmasıdır.
Başqa bir məqam isə Zülfəli İsmayılovun Eldar Əzizovu mer kimi qəbul etməməsi, onu azərbaycan dilində danışa bilməməkdə ittiham etməsi və özünün Bakı meri vəzifəsinə daha layiqli olduğunu deməsidir. Sitat: “Mən Bakının yolunda Fərhad kimi külüng çalanda Eldar heç meriyanın yolunu tanımırdı, o kimdir mənə söz desin, mən mer olmağa daha çox layiqəm”.
Millətsevər, qohumcanlı, el-oba adamı kimi xarakterizə olunan Zülfəli İsmayılovun hər ay qazancından 100 minlərlə manat məcburi köçkünlərə yardım etdiyi deyilir: “Məcburi köçkünlər deyir ki, Zülfəli İsmayılov işgüzar adamdır, 70-ə yaxın məcburi köçkünə ayda 800 manat yadım edir,əsl xeyriyyəçidir, zəmanəmizin Hacı Zeynalabdin Tağıyevidir. Onun 70-ə yaxın kommersiya obyektlərində məcburi köçkünlər işləyir. Bu yüzlərlə adamın çörəkpulu qazanması demək deyilmi? İstər Nərimanovda, istər Səbaildə, istər Yasamalda, istər Nəsimidə, ümumiyyətlə Bakı şəhərinin bütün rayonlarında olan hansı obyektinin qapısını döysən görəcəksən ki, məcburi köçkün işləyir.Bunun nəyi pisdir? Əgər Zülfəli İsmaylov hər ay öz gəlirindən 100 minlərlə manat məcburi köçkünlərə xərcləyirsə bunun nəyi pisdir? Atalar deyib ki əl tutmaq (Zülf)Əlidən qalıb”.
Qeyd edək ki, Zülfəli İsmayılov uzun illərdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində çalışır.
 


Paylaş:


Müəllif : Tarix:
11-08-2020, 08:32
  


loading...
Загрузка...