reklam
» » Yaramıza məlhəm ola bilməyən TƏBİB... - AKTUAL

reklam

Yaramıza məlhəm ola bilməyən TƏBİB... - AKTUAL

Bu şənbə və bazar koronvirusun yayılmasının qarşısı almaq istiqamətində tədbirlərə Azərbaycanın iri şəhərlərində və Abşeron rayonunda sovet dövründə “komendant saatı” kimi adlanan qadağa əlavə edildi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini tərk etməsinin qadağan edilməsi barədə qərar qəbul edlməsinin əsaslandırılması kimi, nə az, nə çox Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Ramin Bayramlı bu metodun Türkiyə və İsraildə sınaqdan keçirildiyini xatırladıb.

Bunların hamısı öz yerində. Amma Türkiyənin artıq 1 aydan çoxdur tətbiq etdiyi və Prezident Rəcəb Tayyib “rdoğanın qərarı ilə artıq bu həftəsonu imtina etdiyi bu metodun niyə bizim “birinci dalğa”da deyil, “ikinci dalğa”da tətbiqinə ehtiyac duyduğumuzu izah etmək istəyən bir nəfər də məsul şəxs tapılmayıb. Ona görə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 27-dən başlayan yumşaldılma prosesini davam etdirmək əvəzinə həftəsonları üçün küçəyə çıxam qadağası tətbiq etməli olduğu barədə daha ağlabatan fikri heç kim yaxına buraxmaq istəmir. Çünki TƏBİB-in rəhbəri Ramin Bayramlı başqa olmaqla Operativ Qərargah üzvlərinin yanlış yolda olduqlarını etiraf etməyə cürətləri çata bilməz.

Görünən odur ki, bizdə “birinci dalğa” baş verməyib?

Əvəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün rəsmiləri, habelə ölkə telekanallarına və media orqanlarına çıxan vəzifəli şəxslər və deputatlar işlərini yalnız sadə əhalinin məsuliyyətsizlikdə günahlandırmaqla bitmiş hesab edirlər. Çünki onlar hələ də bu bəlanın qarşısını almaq üçün bundan başqa heç nə ilə məşğul olmadıqlarının fərqinə varmırlar. İndi günahkar axtarmağın məqamıdırmı? Təbii ki, kimsə özünün fəaliyyətinin və yaxud fəaliyyətsziliyinin ucbatından yoluxmanın qarşısnı almaqda acizlik nümayiş etdirməkdənsə, kimisə suçlamaq daha asandır.

AzToday.az xəbər verir ki, Operativ Qərargahın sonuncu brifinqində TƏBİB-in rəhbəri Ramin Bayramlı Türkiyənin “qapanma” tətbiq etdiyini tez-tez təkrarlamaqdan başqa, düşünülmüş bir əsaslandırma gətirə bilmədi. Halbuki Türkiyə deyəndə 83 milyonluq böyük bir dövlətdən söhbət gedir. Türkiyənin böyük şəhərlərinin birinin əhalisi Azərbaycan əhalisindən bir yarım dəfə çoxdur. Digər tərəfdən, Türkiyə bu addımları koronvirusun “birinci dalğası” başalayanda atıb. Türkiyəni nümunə götürənlərə orada “birinci dalğa”nın hansı itkilərlə keçdiyini araşdırmağı da məsləhət görmək lazımdır.

Yəni Azərbaycandakı indiki vəziyyətə nəzərə yetirəndə tamam başqa qənaət hasil olur. Bu təcrübəyə baş vurmaqda israrlı olan Ramin Bayramlı kimi mütətəxəssislər etiraf edirlər ki, biz “birinci dalğa”nı keçməmişik. Görünən odur ki, bizdə “birinci dalğa” baş verməyib? Bəs bu 3 ay ərzində Azərbaycan cəmiyyətinin yaşadığı nə idi? Bizim bütün dünyaya nümunə kimi göstərilən təcrübəmizin adı nə idi?

Bu suallara cavabı məhz TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı verməli idi. Amma onun başı “qapanma”ya qarışdığından bunları izah edəcəyinə inanmaq çətindir. Yəni orta statistik Azərbaycan vətəndaşı “Bəzi insanlar həftəsonu qadağaları ikinci dalğa kimi qəbul edir. Bu, qəti belə deyil”, – deyən yüksəkvəzifəli şəxsin “dalğası”na daxil olmaqda çətinlik çəkəcəyi bəribaşdan bəllidir. O adamın ki, kafe-restoranların fəaliyyətə başlamasını sağlamlıq və təhülkəsizlik baxımından yox, tamam absurd nöqteyi-nəzərdən yanaşması hamının gözü qarşıında baş verib.

Onu da qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın indiyə qədər verdiyi təkliflərin hamısının yersiz olduğunu iddia etmək fikrimiz yoxdur. Amma orada yer alan mütəxəssislər bir məsələni anlamaqda çətinlik çəkirlər və öz başa düşdükləri kimi, ictimaiyyətə yanlış təqdim edirlər ki, gündəlik yoluxma sayı həmin günün statistikası deyil, ən azı 20 gün əvvəl yoluxan şəxslərindir.

Onların gecikmiş tədbirlərinin mahiyyətinə və effektivliyinə gəlincə, artıq dünya ölkələrində son ayların təcrübəsi və elmi araşdırmalar sübut edib ki, sosial məsafənin qorunmasına hesablanan bütün tədbirlər virusun yayılma tezliyini azaldır, amma qarşısını tam ala bilmir. Hətta elm və təcrübə onu da sübut edib ki, müəyyən sahələrdə onun tətbiqi və digər sahələrində edilməməsi və ya qısamüddətli etmək virusun yayılmasına çox az təsir edir.

Məsələn, dünyanın karantin tədbirlərini tətbiq edən və etməyən ölkələrinin müqayisəsi onu sübut edib ki, təkcə məktəbləri bağlı saxlayıb başqa istiqamətlərdə qoyulan tələblərin yumşaldılması heç də yoluxmanın yayılmasının qarşısını almır. Onu da xatırladaq ki, ölüm halların sayının çox olduğu inkişaf etmiş ölkələrdə bütün belə tədbirlərin hamısı eyni vaxtda cəmiyyətin bütün sahələrində virusla mübarizənin birinci mərhələsində tətbiq edilib. Məhz bu səbəbdən sosial təcrid və xüsusi karantin qaydalarını Ramin Bayramlının tədim etdiyi “birinci dalğa” zamanı dəyişdirmək lazım idi.

Buna görə də insanları kütləvi şəkildə koronavirus məsələsinə məsuliyyətsiz yanaşmaqda, onun qarşısını almağa laqeyd yanaşmaqda suçlmaqdan əvvəl yaxşı təklifləri vaxtında vermək lazım idi. Cəmiyyətin bütün təbəqələrinin Ramin Bayramlı və onun işçisi Yaqut Babayeva kimi düşünmədiyini bu savadlı şəxslər niyə anlamaqda çətinlik çəkirlər? Müyyən təbəqə var virusun təhlükəsini çox gözəl anlayır, amma maddi ehtiyacdan və psixoloji halından dolayı əməl etməyən insanlardır. Bu vəzifəli şəxslər cəmiyyədəki bu prosesi və vəziyyəti öyrənmək istəmir və baş verənlərdə yalnız cəmiyyəti günahlandıran fikirlər səsləndirirlər. Onun əvəzində problemi həll olunması üçün maarifləndirmə prosesinə töhfə vermək lazımdır.

Ramin Bayramlı hər ailədə koronavirus xəstəsi tapmağı qarşısına məqsəd qoyub?

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının son çıxışlarındakı təzadlı məqamlardan biri də odur ki, bu adam yoluxmanın aradan qaldırılmasının deyil, sadəcə sürətli artımının qarşısını almaq istədiklərini etiraf edir. Digər maraqlı ifadəsi odur ki, “budəfəki qapanma tam qapanmadır”. Bundan soruşan gərəkdir ki, “qapanma” deyəndə nəyi nəzərdə tutur? Tam qapanma nədir? Əgər Türkiyədən təcrübə götürürsənsə, orada belə ifadə istifadə etmir. Onlar “küçəyə çıxma qadağası” deyir. Bizdə tətbiq edilən isə tam yox, ancaq “qısa qapanma” ola bilər.

TƏBİB rəhbəri Ramin Bayramlının arzusu yerinə yetdi və həftəsonu üçün xüsusi karantin rejimi sərtləşdirildi. Lakin onun qısa qapanmanın ilk günü verdiyi paradoksal və əhaliyə qarşı hədə dolu açıqlaması bu insanın nəinki öz vəzifəsinin öhdəsindən gəlməsinin, hətta vətəndaşlara qarşı düşmənçilik mövqeyində dayandığının sübuta yetirilməsi üçün kifayət edir. Nə deyir Ramin Bayramlı!

“Xəzər-xəbər”ə açıqlamasında TƏBİB sədri deyir ki, o artıq koronvirusa inanmayan hər bir kəsin öz çevrəsində yaxınlarından birinin koronavirusa yoluxduğunun şahidi olacağına əmindir. Bu nə məntiqdir? Özü də belə bir böyük vəzifənin daşıyıcısı olan, Operativ Qərargahın üzvü olan bir şəxsin hər bir ailədə koronavirus xəstəsi tapmağı qarşısına məqsəd qoymasına nə ad vermək olar? Yəni heç bir halda, o cümlədən cəmiyyətdə bəzi insanların virusun varlığına inanmamalarına görə bu xalqa “dərs verməyə” cəhdi, yaxud hədə kimi fikirlər səsləndirməsi çox təhlükəlidir. Belə çıxır ki, bu gözəgörünməz vurisun yayılması Ramin Bayramlının əlindədir?

Onun əlində kifayət qədər yüksək vəzifə, təchizat və vəsait var idi ki, vaxtında koronavirusun yayılmasının qarşısını almağa yönlədə bilmədi. Məsələn, bu virusun yayılmasının ən başılca mənbəyi sərhəd bağlananda xaricdə olan vətəndaşların ölkəyə gətirildiyi zaman təşkil olunan tədbirlərdə R.Bayramlı və onun rəhbərlik etdiyi qurum məsuliyyətsizlik nümayiş etdirib. Onlardan birincisi, xaricdən gələnlərin dərhal yoxlanması əvəzinə, karantində saxlanmasını reklam etmək və simptom göstərilməyəndən sonra yoxlamadan evə buraxılmasdır.

Digər məsələ testlərlə bağlıdır. Bütün dünyada bu testlərin tam nəticə əldə edilməsi üçün yararlı olmadığını iddia etdiyi halda Ramin Bayramlı və onun tabelyində olan həkimlər xaricdən gələn və karantində qalan vətəndaşları geniş müayinə əvəzinə etibarsız testlərlə yoxlayıb evə buraxıblar.

Məhz bu yanlışlara görə Ramin Bayramlı evdə özünü müalicə etməyə çalışan insanları günahlandırmaq əvəzinə əvvəlcədən işini düzgün qurmalıydı ki, Azərbaycan xaricdən gələn bu xəstəliyin qarşısı alınsın.

Xəstəliyi simptomsuz olaraq keçirən şəxslərdə yeni xoşagəlməz əlamətlər müşahidə edildiyini söyləyən Ramin Bayramlı ondan danışsın ki, xüsusi karantin rejimindən çıxmaq qərarını vətəndaşlar qəbul etməyiblər. Onun da üzvü olduğu Operativ Qərargah belə bir qərar qəbul edib. Bunu yada salsa yaxşı olar. Əks halda bu adam karantin rejiminin qəfil sərtləşdirilməsinin səbəblərini açıqlayarkən hələ də cəmiyyətdə bəzi insanların virusun varlığına inanmamalarında axtarmazdı.

Qedy edildiyi kimi, TƏBİB-in rəhbəri hazırda yeni növ koronavirusu simptomsuz keçirən insanlarda yeni xoşagəlməz əlamətlər aşkar etdiklərinə də diqqət çəkib. Nədir o əlamətlər? Açıqlamır. Açıqlamır ki, bu vətəndaşlar öz başlarına gəldikdə həkimə müraciət etsinlər. Bax bu cür yanaşma, əhalini məlumatsız qoyma, maarifləndirmə işinin yarıtmaz olaraq təşkil edilməsi bir daha indiki vəziyyətin yaranmasına gətirib çıxarır. Bütün bunlar yaranmış durumda əsas cavabdeh olan TƏBİB və digər dövlət qurumların məsuliyyət daşıdığını göstərir.

Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, iki günlük qadağanın əhalinin sağlamlığı üçün xeyri bəli olmasa da, bunu təklif edənlər bizdə “birinci dalğa”nın baş vermədiyini, bu 3 ay ərzində Azərbaycan cəmiyyətinin nə yaşadığını izah edə bilmirlər. Müşahidə edilən yalnız odur ki, iki günlük qadağanın hesabına əhalinin əksər hissəsi ərzaq və çörək üçün sosial məsafəni pozaraq yoluxdular. Onun dəhşətli nəticəsi son “qısa qapanma”dan iki həftə sonra bəlli olacaq.
AzToday.az


Paylaş:


Müəllif : Tarix:
9-06-2020, 11:49
  


loading...
Загрузка...