reklam
» » Deputatla baş redaktor arasında QALMAQAL - "“Dədə Qorqudluq” missiyasını üzərlərinə götürürlər..."

reklam

Deputatla baş redaktor arasında QALMAQAL - "“Dədə Qorqudluq” missiyasını üzərlərinə götürürlər..."


Xəbər verdiyimiz kimi, parlamentin dünən keçirilən iclasında Milli Məclisin Sədri Sahibə Qafarova deputatlara irad tutaraq bildirib ki, yuxarıda oturan deputatlar telefondan başını qaldırmır.

“Ayna-Zerkolo” qəzetinin baş redaktoru Elçin Şıxlı spikerin deputatlara belə irad bildirməsilə bağlı “Sherg.az”a danışarkən bunun düzgün olmadığını dedi: “Sahibə Qafarova Milli Məclisi universitet auditoriyası ilə səhv salıb. Deputatlarla da uşaq kimi davranır. Heç kimə, xüsusilə də millət vəkilinə demək olmaz ki, nəyisə belə et. Sosial mediadakı aktivlik hər kəsin öz seçimidir. Söhbət əsnasında belə tövsiyələr vermək olar. Amma parlamentdə yolverilməzdir”.

Baş redaktor parlamentarilərə də irad tutdu: “Deputatlar niyə ağızlarına su alıb otururlar? Nə üçün qayıdıb demirlər ki, öz işinizlə məşğul olun. Spikerin parlamentdəki vəzifəsi qanunlar qəbul etmək və iclaslar keçirməkdir. O, heç bir halda deputatın şəxsi işinə qarışa bilməz. Şəxsən mənə belə şeylər çatmır”.

"AzPolitika.info"nun məlumatına görə, Millət vəkili, Fəlsəfə doktoru Etibar Əliyev Elçin Şıxlının fikirlərinə cavab verərək,bildirib ki, Azərbaycan cəmiyyətində xeyli məsləhətverənlər “yetişib”: “Danışmasalar kənardan baxanda filosofa da oxşayırlar. Həm də yaxın çevrələri tərəfindən ərköyünləşdiriliblər. Onlar indiyədək neçə-neçə mütərəqqi layihəni böyrü üstə qoyublar, xoşlarına gəlməyən nəsə olursa dərhal “Dədə Qorqudluq” missiyasını üzərlərinə götürürlər. Soruşmaq lazımdır: Hansı haqla? Hansı bir sanballı əsərin və ya düşüncənin müəllifi olmusan? Normalda insan özü-özünə qiymət verməyi bacarmalıdır. Bu kimi şəxslərə mane olan məziyyətlərdən biri yekəxanalıqdır. Azərbaycan cəmiyyətində savadlı adamları tanımaq çətin deyil. Onlar davranışları, danışıqları və yazdıqları yazıları ilə bunu sübut ediblər. Məsələn, mən Azərbaycanın intellektual elitasına qətiyyən Elçin Şıxlını aid edə bilmərəm. Adam qərəz daşıyıcısıdır, hamıya yuxarıdan aşağı baxır,“dədə qorqud”luğundan da geri qalmır. Məsələn onun “Sahibə Qafarova Milli Məclisi universitet auditoriyası ilə səhv salıb. Deputatlarla da uşaq kimi davranır.” fikri tamamilə qərəzdən doğur”.

Etibar Əliyev daha sonra qeyd edib ki, parlamentdə Elçin Şıxlıdan qat-qat savadlı deputatlar var: “Qısa müddətdə müşahidələrim əsasında tanıdığım professor Sahibə Qafarova parlamenti elə əsl professional siyasətçi kimi idarə edir. Yüksək savadı, yüksək mədəniyyəti və təmiz reputasiyası ilə. Parlament fəalaiyyətə başlayandan indiyə kimi o, heç kimin sosial mediadakı fəaliyyətinə müdaxilə etməyib, heç kimin sözünü kəsməyib, çıxışa yazılanların hamısına söz verməyə çalışıb, bir sözlə deputatlarla münasibətdə yüksək mədəniyyət nümayiş etdirib. Deputatlar sosial mediada tam sərbəstdirlər. Və Şıxlının düşündüyü kimi, onların şəxsi işinə sədarətdən kimsə qarışmırə

Sahibə xanımın “Deputatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallığı barədə hesabatları hazırlanıb” fikrini söylərkən deputaların öz fəaliyyətləri ilə bağlı təqdim etdiyi hesabatların ümumiləşdirilməsini nəzərdə tutub. Bu deputatların seçicilərlə iş intensivliyini artıqmaq üçün ən məqbul metoddur. Hazırda deputatların köməkçiləri də əvvəlki illərdən fərqli olaraq öz fəaliyyətləri ilə bağlı deputatın özünə hesabat verirlər. Əsas məqsəd cəmiyyətdə formalaşan “passiv deputat” anlayışını ortadan qaldırmaqdır.

Parlament haqqında bədbin düşünənlər narahat olmasınlar, bu parlamentin intellektual səviyyəsi çox yüksəkdir və onun əksər təmsilçiləri istənilən problemlə bağlı bütün vətəndaşlarla, o cümlədən özünü uşaq yerinə qoymuş böyüklərlə də polemikaya hazırdırlar”.
AzPolitika.info


Paylaş:


Müəllif : Tarix:
2-06-2020, 09:55
  


loading...
Загрузка...