reklam
» » Mübariz Mənsimovun gəmiləri niyə batdı? - İyrənc oyunun cavabı

reklam

Mübariz Mənsimovun gəmiləri niyə batdı? - İyrənc oyunun cavabı


Xəbər verdiyimiz kimi, FETÖ terror təşkilatının üzvü olması iddiası ilə Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali Holding Company Limited” müflis elan olunub.

Bu haqda qərar martın 17-də qəbul edilib. Xəbərdə qeyd olunur ki, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu üzə çıxıb. Nəticədə İngiltərə Ali Məhkəməsi belə bir qənaətə gəlib. Bu qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu olan bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Həmi qərara əsasən məhkəmənin qərarına əməl olunmadığı halda, dünya miqyasında Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarının qadağan edilməsini nəzərdə tutulur. Və Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

Uzun illər borc bataqlığında olan Mənsimov haqda belə bir qərarın qəbul olunacağı gözlənilən idi. Azərbaycanın sosial seqmentində özünü böyük xeyriyyəçi kimi təqdim edən Palmali rəhbərinin dünyanın iri kredit təşkilatlarına külli miqdarda öhdəliyinin olması haqda zaman – zaman həm yerli, həm də beynəlxalq mediada informasiyalar yayılıb. Amma maraqlıdır ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi son qərarın belə bu şirkətin yetkililəri tərəfindən təkzib edilmə cəhdləri özünü göstərir.

Xəbərin dərcindən sonra Palmali adından yayılan açıqlamada M. Mənsimov “minlərlə insanın məşğulluğunu təmin edən lider” kimi təqdim olunur. İddia edilir ki, məhkəmənin qəbul etdiyi qərar haqda yayılan xəbər həqiqiqətəuyğun deyil.

Hər zaman yalanlarla cəmiyyətin diqqətini özünə cəlb etməyi bacaran Mənsimov tərəfdarlarının bu qədər baş verən uğursuzluqlardan heç bir müsbət nəticə çıxarmaması təəssüf və heyrət doğurur. Növbəti xəbərlərin və qərarların nə olacağı haqda öncədən proqnoz vermək çətin olsa da, geridə qalan proseslərin təhlili onu deməyə əsas yaradır ki, Palmali baxımından pozitiv heç nə görünmür.

Əgər Mənsimov özünü həqiqətən də lider və uzaqgörən, bacarıqlı iş adamı hesab edirdisə, o zaman bunların baş verə biləcəyini nə üçün proqnozlaşdıra bilmirdi? Axı uğurlu lider öz tərəfdarlarının, əməkdaşlarının və ona çalışanların gələcəyi üçün məsuliyyət daşıyır.

İllərlə ictimai rəyi aldatma yolu ilə öz şəxsi nüfuzunu artırmağa çalışan Mənsimovun heyəti o “içəridə” olduğu zamanda belə eyni piar taktikasını davam etdirməkdədir. Amma anlamırlar ki, bu taktika Məhəmməd Əmin Rəsulzadə gəmisi batdığı gündən qara zolağa düşmüşdü.

Metallom bir tankeri boyayaraq milyonlarla insanın sevimlisi olan siyasi bir liderin adını ona vermək saxtakarlığını ilahi ədalət hər kəsin gözü qarşısında üzə çıxardı. Bu Rəsulzadənin deyil, Mənsimovun batışı idi.

Rəsulzadə adını manipulyasiya alətinə çevirmək artıq dözülməz bir durum idi. Bir gəmiyə Eldar Mahmudovun atasının, o birisinə Rəsulzadənin adını vermək hansı məntiqin, hansı ideologiyanın nəticəsi idi?..

Təbii ki, bu qədər iyrənc bir oyunun bir cavabı olmalı idi. İndi Mənsimovla bağlı neqativlər corab söküyü kimi gəlməkdədir. Kapitan batıb. Gəmilər batır. Və Mənsimov üçün heç bir SOS siqnalı yoxdur. Çünki, o oz gəmisindədir. Öz gəmiləri isə metallom yığını olduğundan SOS düyməsi işləmir...


Paylaş:


Müəllif : Tarix:
1-06-2020, 14:08
  


loading...
Загрузка...