reklam
» » Bağçaların açılması və rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - AÇIQLAMA

reklam

Bağçaların açılması və rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - AÇIQLAMA


“Restoranlarda sosial məsafənin qorunmasına həm o yerlərin sahibləri, həm də vətəndaşlar riayət etmirlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, deyib ki, bu səbəbdən cərimələrin artırılması barədə layihə təqdim edilib: “Qapalı zalların açılması isə ümumiyyətlə tövsiyə olunmur. Rayonlara gediş-gəliş hələ açılmır”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, uşaq bağçaları üçün metodik göstərişlər hazırlanıb: “Bağçaların hazırda açılması nəzərdə tutulmur. Bağçalar açılan zaman gələcəkdə həmin metodik göstərişlər tətbiq olunacaq”.


Paylaş:


Müəllif : Tarix:
29-05-2020, 20:28
  


loading...
Загрузка...