reklam
» » Mingəçevirdə son həbslərdən nəticə çıxarmayan JEK müdirləri - onlar niyə düzəlmir…!?

reklam

Mingəçevirdə son həbslərdən nəticə çıxarmayan JEK müdirləri - onlar niyə düzəlmir…!?


Son zamanlar Azərbaycanda korrupsiyaya bulaşan iri ranqlı məmurlar vəzifədən azad edilir, həbs olunurlar. Xüsusilə də əməllərinə görə ictimaiyyət arasında “kiçik padşahlar” adlandırılan icra başçılarınin əlaltiısı olan balacabuynuz JEK müdürlərinə də qarşı dövlət tərəfindən sərt iradənin şahidi oluruq.
Korrupsiyaya bulaşaraq xalqın cibinə, dövlətin büdcəsinə girənlərin son aqibətini hər kəs görür. Hesab edilir ki, atılan bu cür addımlar Azərbaycan dövlətinin inkişafına, yüksəlişinə gətirib çıxaran hallardır.

Mingəçevirdə son həbslərdən nəticə çıxarmayan JEK müdirləri  - onlar niyə düzəlmir…!?

Dövlət-vətəndaş arasında narazılıq yaradan bu şəxslərin həbs olunması sadə vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Eyni zamanda insanlar artıq məmurlarla bağlı narazılıqlarını ictimailəşdirməkdən çəkinmirlər. Hadisələr həm də bu kimi gizlinlərin aşkara çıxmasına şərait yaradır.
Regionlarda qara yollarla xalqdan oğurladığı pullarla oliqarxa çevrilmiş vəzifəli məmurlarla bağlı məlumatlar yayılmaqda davam edir. Belə məmurlardan biri də Mingəçevir Komunal Təsərrüfat idarəsi rəhbəri Şəhriyar Mustafayevdir.
Qaynatası Sanitar Təmizlik İdarəsinin rəhbəri, Əli Ağamirovla əlbir olan Mingəçevir Komunal Təsərrüfat idarəsi rəhbəri Şəhriyar Mustafayevin özbaşınalığı vətəndaşları dövlətdən narazı salır.
Belə ki, üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmək əvəzinə Şəhriyar Mustafayev əsasən camaatın yayda sərinlədiyi Kürün ətrafini zəbt edərək orda özünə dəyəri milyonlarla olan obyektlər və istirahət mərkəzi tikməkdədir.
Hər kəsə bəllidir ki, şəhər ərazisində bir neçə Mənzil Kommunal İstismar Sahələri var ki onların işi ancaq arayış satmaq və ya sadə vətəndaşları cuğullayıb polisə yalan məlumat verərək satmaqdır.
Bundan əlavə Ş.Mustafayev təkcə işcilərinə deyil qəbula gələn vətəndaşlarla da kobud rəftar edir. Hansısa problemə görə onun qəbuluna düşmək istəyən vətəndaşlar buna nail ola bilmirlər. Nadir hallarda şikayətçi qəbul edir. Onda da şikayətçilərlə elə rəftar edir ki, şikayətçini qəbula düşməyinə peşman edir.
GundemXeber.Az-a verilən məlumata görə, MKİS-in sədri dövlətin ayırdığı büdcəni düzgün şəkildə xərcləmir. Belə ki, problemlər günü gündən artır. Vətəndaşlara isə yalnız bir söz deyir: ''Büdcədə pul yoxdur.'' Bəs dövlətin ayırdığı maliyyə hara gedir? Sakinlər bildirirlər ki, kommunal xərclərin aylığı çatan zaman, MİS-in işçiləri evlərə zəng vurub bunu xatırlatmağı yaxşı bilsələr də, amma həyətlərin süpürülməsini, zibil tullantılarını vaxtı-vaxtında təmziləmirlər. MİS-in işçiləri səhərləri, həyətləri süpürən zaman, həmin zibilləri yığmaq əvəzinə blokların ön hissəsində yığıb yandırırlar. Və həmin zaman tüstüdən nə pəncərələri açmaq, nə də blokdan çıxmaq mümkün olmur.
Mingəcevir şəhər təsərrüfatına rəhbərlik edən Şəhriyar müəllimin səhlənkarlıqları, fəaliyyətlərində korrupsiyaya qurşanmasını artıq hər kəs bilir. Sadəcə şəhərdə ''jurnalistlərin'' coxuna görüm baxım etdiyi ücün onun ayiblarini yazmırlar.
Mingəcevir Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi bu sırada nə birinci, nə də axırıncı cavabdeh şəxs deyil. Amma diqqətimizi çəkən məqam odur ki, Şəhriyar Mustafayev ictimai qınağa tuş gəldikcə, ''karyerada daha da irəli gedir.'' 1993-cü ildə Kəlbəcərdən qacqın düşəndə əyninə şalvar ala bilməyən Şəhriyar müəllim qaynasının sayəsində indi milyonlara sahib olub.


Paylaş:


Müəllif : Tarix:
23-05-2020, 00:07
  


loading...
Загрузка...