reklam
» » Ucarda xüsusi karantin rejiminin ilk günü: qanunları pozan sürücülər saxlanıldı - VİDEOREPORTAJ

reklam

Ucarda xüsusi karantin rejiminin ilk günü: qanunları pozan sürücülər saxlanıldı - VİDEOREPORTAJ


Xüsusi karantin rejimi qaydaları qüvvəyə mindi və Ucar rayon ərazisində bir neçə yerdə post qurulub.

Postlarda xidmət aparan polisi əməkdaşları nəqliyyat vasitələrini hərəkətini tənzimləyir, onların icazəsinin olub-olmamağı barədə yerindəcə araşdırma aparılır.

RegionXəbərləri.com-un əməkdaşı da bu gün Ucar rayon ərazisində polisin təşkil etdiyi tədbirləri izləyib və müşahidələr aparıb. Belə qənaətə gəlmək olar ki, vətəndaşlarımızın əksəriyyəti qoyulan qaydalara uyğun hərəkət edir və rayonda nəqliyyat vasitələrin sayında xeyli azalma var. Hətta bəzi küçə və yerlərdə 5 dəqiqədən 10 dəqiqəyə qədər məsafədə bir-iki avtomobil görmək mümkündür. Bu da qoyulan qaydalara sürücülərin yanaşmasını göstərir.

Təəssüflər olsun ki, təxminən 3 saatlıq çəkiliş müddətində 10-a yaxın qayda pozan sürücü də aşkarlandı və onlar barəsində inzibati protokol tərtib olundu. Çəkiliş zamanı icazəsiz sərnişin daşıyan sürücülərə və karantin rejimi qaydalarından xəbərsiz sürücülərə də rast gəlinib.

RegionXəbərləri.com

























Paylaş:


Müəllif : Tarix:
6-04-2020, 09:08
  


loading...
Загрузка...