reklam
» » Gündəlik həyatınızın bir hissəsi olan bu hərəkətlərdən uzaq olun! - İmmun sistemini zəiflədir

reklam

Gündəlik həyatınızın bir hissəsi olan bu hərəkətlərdən uzaq olun! - İmmun sistemini zəiflədir


İmmunitet sistemi, viruslar və zərərli bakteriyaların səbəb olduğu infeksiyalara və xəstəliklərə qarşı bədənin təbii qoruyucusudur.  İmmunitet sistemi zəif olduqda sağlam toxumaları və yoluxmuş toxumaları ayırd edə bilmir və buna görə də fəaliyyət göstərə bilmir.  Son zamanlar bütün dünyanı cənginə alan koronavirus da məhz immuniteti zəif olan insanlarda daha çox rast gəlinib və yüz minlərlə insanın həyatına son qoyub. Bu kimi virus və xəstəliklərdən qorumaq üçün immunitet sistemini təbii şəkildə gücləndirmək lazımdır. 
İmmunitet sistemini zəiflədən amilləri təqdim edirik: 

Sağlam olmaq üçün bədənin immunitet sistemi güclü olmalıdır.  İmmunitet sisteminin inkişafı üçün körpəlikdən bəzi vacib məqamlara diqqət yetirmək lazımdır.  Bununla birlikdə havanın çirklənməsi, balanssız və zəif qidalanma, tez-tez stress, mövsümi dəyişikliklər, siqaret çəkmə, kimyəvi maddələr, ümumi gigiyena qaydalarına əməl edilməməsi, artıq çəki, keyfiyyətsiz yuxu kimi səbəblər immunitet sistemini zəiflədir.

Keyfiyyətsiz yuxu - Normal yuxu 7-8 saat olmalıdır. Əgər gecə yuxusu səkkiz saatdan az olarsa, orta yaşlı insanların infeksiyalara yoluxma riski daha çox olur. Yuxusuzluq problemi orqanizmin immunitet sisteminə mənfi təsir göstərən amillərdəndir.

Stress - Son zamanlar koronavirus təhlükəsi insanları stress və gərginliyə salıb. Lakin bu amillər immunitet sisteminə ciddi təsir göstərir. Stress hormonları immun sistemini dağıdıcı xassəyə malikdir. Bunu nəzərə alaraq stressə düşmək deyil də, bundan yaxa qurtarmağın yollarını axtarmaq lazımdır.

Spirtli içki və siqaret - İmmunitet sisteminə  zərbə vuran amillərdən birincisi siqaret və spirtli içkilərdir. Bu vərdişlər təkcə immun sisteminə deyil, bütün orqanizmə mənfi təsir göstərir və xərçəng kimi bir çox xəstəlikləri yaradır. 

Hərəkətsizlik - İdman həyatınızın bir hissəsi olmalıdır.  Fiziki quruluşunuza görə mütəmadi olaraq məşq etmək lazımdır.  Məşqlərinizi edərkən, oksigenlə zəngin təbiətə üstünlük versəz daha yaxşı olar. Çünki, ekoloji hava çirkliliyi də immuniteti zəiflədən amillərdən biridir.

Düzgün olmayan qidalar - İnsan orqanizmi üçün tələb olunan lazımi vitaminlər, mikroelementlər, minerallar olmayanda immun sistemi də yetərincə öz funksiyasını yerinə yetirə bilmir. Bu amili aradan qaldırmaq üçün qida rasionuna dəyişiklik edərək, düzgün qidalanmaq lazımdır.

Tənhalıq - Tədqiqatlar nəticəsində məlumat olub ki, özünə qapanmaq, tənhalıq, depressiya immunitetin zəifləməsinə səbəb olur. Buna görə də tez-tez dostlarla görüşüb, xoş vaxt keçirmək lazımdır. 


Paylaş:


Müəllif : Tarix:
28-03-2020, 21:25
  


loading...
Загрузка...