reklam
» » Tanınmış vəkil dələduzluqda təqsirləndirilən şəxsə bəraət aldı

reklam

Tanınmış vəkil dələduzluqda təqsirləndirilən şəxsə bəraət aldı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə təqsirləndirilən Quliyev Samir Nizami oğluna bəraət verilib. Bu barədə “Yenisabah”a təqsirləndirilən şəxsin vəkili Vasif İsrafilov məlumat verib.
Qeyd edək ki, hazırki cinayət işi 02 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3202-ci məhəllədə yerləşən bir bloklu, 17 mərtəbəli yaşayış binasında bir neçə mənzilin “Bulaq 2" MTK-nın sədri Şirinova Elmira Hüseyn qızı tərəfindən təkrarən digər şəxslərə satılması faktına görə Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə başlanıb.
8 may 2019-cu il tarixdə Quliyev Samir Nizami oğluna Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilib və həmin tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə Samir Quliyevin barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
11 iyun 2019-cu il tarixdə Şirinova Elmira Hüseyn qızına Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilib və həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Vəkilin sözlərinə görə, həmin ittihama əsasən Guya S.Quliyev Elmira Şirinova tərəfindən saxta müqavilənin hazırlamasına və vəzifə səlahiyyətlərinin süi-istifadə etməsinə məsləhətləri ilə köməklik edib.  S.Quliyev 08 may 2019-cu il tarixdə ona verilmiş ittihamı dəyişdirilərək o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirəndirilən şəxs qismində cəlb edilib.
İttihama əsasən guya S.Quliyev Şirinova Elmira Hüseyn qızı  ilə qabacadan əlbir olan bir qrup şəxs qismində  birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə bağlı ümumi niyyətlə hərəkət edərək razılığa gələrək kooperativ tərəfindən  Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3202 məhəllədə  tikintisi həyata keçirilən  16 mərtəbəli yaşayış binasında yerləşən və  sahəsi 56, 48 kv.m metr qeyri  yaşayış sahəsinin 31 mart 2017-ci il tarixli müqavilə əsasında Kazımova Gülçöhrə Qəbnizadə qızına 63.000 manata satılmasının və həmin sahənin dəyərinin özünün iştirtakı ilə tam ödənilməsinə  baxmayaraq 2018-cui ilin oktyabr ayında ona qeyri yaşayış sahəsi  almaq üçün müraciət edən Qasımova Fərqanə  Fərəc qızına qeyd edilən 56.48 kv.m qeyri yaşayış  sahəsini  əvvəlcədən heç kəsə satılmamasını  yalandan bildirir həmin sahəni ona sata biləcəyini Elmira Şirinova ilə bildirərək 28 oktyabr 2018-ci il tarixdə  Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S. Məmmədova küç, 203e ünvanında yerləşən Cəmiyyətin ofisində Fərqanə  Qasımovadan Elmira Şirinova ilə birlikdə  həmin sahənin ona satılması adı  ilə 68.500 manat pul vəsaiti alıb şəxsi ehtiyyaclarına sərf edərərk sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində  etibardan sui istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək F. Qasımovaya məxsus 68.500 manat pulu ələ keçirərək ona külli miqdarda ziyan vurararaq dələduzluq edib. 
Qeyd edilən ittiham fərziyyələrdən ibarət olduğundan, gələcəkdə məhkəmə prespektivinin olmamasından çəkinərək istintaq orqanı sonda guya yeni faktlar taparaq S.Quliyevə hazırki ittihamı verib.
Həmçinin istintaq orqanı təqsirləndirilən şəxs qismində cəlb edərkən S.Quliyevə CM-nin 32.5, 308.2 və 32.5,313-cü maddələri verilmiş ittihama xitam verilib.
İş üzrə ən maraqlı fakt ondan ibarətdir ki, iş üzrə faktiki və rəsmi fəaliyyət göstərən, uzun illərdi E.Şirinovanın yanında işləmiş, bütün sənədləşməni aparan, bütün sənədlərdə məhz onun əlyazması olan (həm ilkin, həm də sonradan satılan eyni mənzilin təkrar satışı zamanı tərtib eilmiş müqavilədə olan əl yazısı) mühasib, faktiki direktor, sürücü və digər şəxslər məsuliyyətdən kənar qalıb.
Elmira Şirinova cinayəti bir başa törətmiş şəxs olmasına baxmayaraq, 11.06.2019-cu il tarixə kimi, şahid statusunda olmuş, təqsirləndirilən şəxs qismində cəlb edilməmiş, ona qarşı hər hansı ittiham irəli sürülməmişdir. Yalnız 35 gündən sonra, yəni bizim şikayətlərimizdən sonra E.Şirinova cinayət məsuliyyətinə cəlb edilib.
Bundan başqa Samir Quliyev Elmira Şirinovanın nəvəsi Ülkər Hüseynova ilə 07 mart 2009-cu ildən rəsmi nikaha daxil olmuş və  24 fevral 2015-ci il tarixdə  Binəqədi rayon məhkəməsinin qətnaməsindən göründüyü kimi həmin nikaha xitam verilmişdir.
Elmira Şirinova aralarında olan bu ziddiyyətə görə Samir barəsində  hər hansı formada yalan ifadə verməsi şəxsin cinayət məsuliyyətin verilməsinə cəlb edilməsinə səbəb ola bilməzdi.
Aralarında nəvəsindən boşanmaya görə ziddiyyətləri olan şəxsin Samirin barəsəində verə billəcəyi hər hansı ifadə həqiqəti özündə əks etdirməsi mümkün deyildir.
Qeyd edək ki, Elmira Şirinova iş materiallarında olan 14.05.2019-cu il tarixdə Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevə və müstəntiqi Elnur Rüstəmovaya ünvanladığı ərizələrində qeyd edibdir ki, nəvəsi Ülkər Hüseynovanın keçmiş əri Quliyev Samir Nizami oğlu 2014-cü ildə münasibətləri pozulduğuna görə MTK-dan tikinti işləri üzrə direktor vəzifəsindən çıxmış, bundan sonra MTK-da və ya mənim yanımda işləməmişdir. O, zərərçəkmiş şəxsləri tanımır, o, heç vaxt heç bir alqı-satqıda iştirak etməmişdir, onun vasitəsi ilə və ya onun yanında heç bir əməliyyat aparılmamış, onun baş verənlərdən xəbəri olmamışdır. Onun vasitəsi ilə, və ya onun məsləhəti ilə tərəfimdən heç kim aldadılmamış, mənzil alanlardan heç kimi o, aldadaraq pulunu mənimsəməmişdir, heç kimə maddi zərər yetirməmişdir. Mən, nəvəm ilə boşandığına görə həmişə Samirə qarşı acıqlı olmuşam, dəfələrlə onu nəvəm ilə barışdırmağa çalışmışam, lakin o, barışmaqdığından münasibətimiz həmişə gərgin olmuşdur. 
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində verdiyim izahatların mahiyyətindən xəbərim yoxdur, mən sadəcə həmin izahatları imza etmişəm. Mənə deyilənə görə Guya mən izahatımda göstərmişəm ki, pulları Samir Quliyev ilə birgə mənimsəmişəm, o, mənə məsləhtlər verib, mənim yanımda 2016-2018-ci illərdə qeri rəsmi işləyib. Belə hallar olmamışdır. O, Elşən Əzimov və Elşad Musayevdən hər hansı bir məbləğdə pul almayıb, onların pulunu mənimsəməyib.
İttihamın saxta olması, eyni zamanda Elmira Şirinovanın yalan danışması iş materialları və məhkəmə araşdırılması zamanı tam sübuta yetirimişdir.
Belə ki, S.Quliyevə ittiham verilməsinə səbəb olmuş Elmira Şirinovanın ifadələri ilə başlasaq görərik ki, E.Şirinova şahid qismində dindirmə protokolunda bildirir ki, Fatma 01.05.2018-ci il tarixə kimi “Bulaq-2” MTK-nın rəsmi, sonra isə qeyri rəsmi mühasibi olmuşdur. MTK-da mənzillərin satışına 2013-cü ildə başamış, 2017-ci ildə binada artıq heç bir mənzil qalmamışdır. Binanın tikintisini başa çatdıra bimədiyi üçün 2017-2018-ci illər ərzində bir neçə mənzilləri ayrı-ayrı şəxslərə satmış, pularını tikinti işlərinə sərf etmişdir. MTK-da sənədləşməni şəxsən özü və bəzi hallarda onun adından Fatma hazırlayırdı. Samir onun nəvəsinin sabiq əridir, 2013-2014-cü illər ərzində Samir MTK-da tikinti üzrə direktor vəzifəsində çalışmış, 2014-cü ilin dekabr ayında Samiri işində yol verdiyi pozuntulara görə işdən azad etmişdir. 2016-cı ilin mart ayında o, nəvəsi ilə barışacağına ümid edib Samiri yenidən işə bərpa etmişdir. Samir qeyri-rəsmi fəaliyyətə başamışdır. Samir onun bütün xidməti işlərindən xəbərdar idi, alqı-satqı işlərini yaxşı bilirdi, mənzilləri bir neçə nəfərə satanda Samir yanında olurdu, bir neçə mənzilə müştəri də gətirmişdi. O, Samirin gətirdiyi müştərilərə mənzil satıb, lakin ona əmək haqqıdan başqa heçnə verməyib.
Həmçinin sistemdən çıxarılmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və 19.07.2018-ci il tarixli əmrdən görünür ki,10.06.2010-cı il tarixdən 19.07.2018-ci il tarixə kimi “Bulaq-2” MTK-da tikinti rəisi (tikinti işləri üzrə direktor) vəzifəsində E.Şirinovanın nəvəsi Məhərrəmli Orxan Oruc oğlu işləyib.
Elşən Əzimov məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Elmira Şirinovanı çoxdan və yaxşı insan kimi tanımış, ona dəfələrlə borca pul verib və Elmira vaxtında həmin borcu qaytarıb, Xırdalanda bina tikintisini Elmira ona deyib, Samiri Cəfər Xəndan küçəsindəki binanın tikintisi başa çatdıqdan sonra görüb, əvvəllər görməyib, Samirlə heç bir düşmənçiliyi olmayıb, Samir ona mənzil satacağı barədə vəd verməyib, Maliyyə arayışını və müqaviləni Elmira ona verib və o, pulu Elmiraya verib. Evi almaq üçün pulu Elmiraya aldanıb verib, onun aldanmasında Samirin rolu olmayıb. Göründüyü kimi, E.Əzimov özü də bildirmişdir ki, Samir onu aldatmayıb, vəd verməyib, Elmiraya heç bir köməklik etməyib.
Velilmiş ittiham üzrə ikinci epizod olan 17 dekabr 2017-ci il tarixdə Elmira Şirinovadan Kooperativin Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi 203E ünvanında yerləşən ofisindəki xidməti otağında 30.000 (otuz min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 27 aprel 2018-ci il tarixdə şikayətlə müraciət etməsinə nail olması, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirinova Elmira Hüseyn qızına məxsus 30.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Elmira Şirinovanın xeyrinə edəcəyi hərəkətin müqabilində onun özü üçün birbaşa yolla, özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etməsi ittihamı ilə bağlı onu bildirmək istəyirəm ki, əvvəla Samir Quliyev həmin tarixdə Bakı şəhərində olmayıb.
E.Şirinova iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, 17.12.2017-ci il tarixdə Fatma və Mehdinin yanında Samirə 30000 manat pul vermişdir.
Məhkəmə iclasında şahid qismində dindirilmiş Fatma Mustafayeva verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, 2017-ci ilin sonunda kassada pul yox idi, Elmiranın barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işinin istintaqı gedirdi, Elmiranın vergiyə 100000 manatdan artıq borcu var idi, o, qeyri rəsmi işçi olduğundan həftənin 1-5-ci günləri, gün ərzində bir neçə saat işləyib, əsasən günorta saatlarında, yəni 12.00-15.00 arası işə gəlib. O, Samirə 2014-cü ildən sonra heç vaxt maaş verməyib, Elmiranın maaş verməsindən xəbəri yoxdur, onun yanında verməyib.17.12.2017-ci il tarixdə Elmiranın şəxsən Samirə pul verməsini görməyib, bunu sonradan Elmiradan eşidib. Samirin alqı-satqılarda iştirakını görməyib.
Göründüyü kimi 2017-2018-ci illərdə Elmira Şirinovanın külli miqdarda vergi borcunun olmasına görə barəsində cinayət işinin istintaqı getmiş, o, Binəqədi rayon məhkəməsinin 30.10.2018-ci il tarixli hökmü ilə CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunmuş.
Eyni zamanda onun CM-nin 311.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair digər cinayət işinin istintaqı Korrupsiyaya Qarşı Mübarizə Idarəsində istintaq olunmuş. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.12.2018-ci il tarixli hkmü ilə 8 azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası şərti hesab olunmuşdur. 2017-ci ilin dekabr ayında E.Şirinovanın maddi imkanı olmamamışdır ki, Samirə kiminsə işi ilə bağlı 30000 manat pul versin.
Sonda onuda qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elmira Şirinova istintaq dövründə dünyasını dəyişdiyindən onun barəsində cinayət işinə xitam verilib, ancaq mülki iddiaçıların iddiaları təmin edilib və Elmira Şirinovanın mülklərinə yönləndirilib. E. Şirinova barəsində dünyasını dəyişdiyinə görə cəza təyin edilməyib.
Azər İsrafilov 
 

 



Paylaş:


Müəllif : Tarix:
16-03-2020, 14:34
  


loading...
Загрузка...