reklam
» » Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başlayıb

reklam

Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başlayıb


Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda insident zamanı silahdan istifadə edən və qətl törədən polis əməkdaşı, polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 13-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyul ayında Goranboy rayonu Goran qəsəbəsi yaxınlığında baş verib.

Ərazidə xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən biri onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan atəş 1999-cu il təvəllüdlü Əhmədov Təbriz Xalıq oğluna dəyib. Nəticədə o aldığı xəsarətdən ölüb.

Polis leytenantı Kərimov Vüsal Əlöysəd oğluna Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma – ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.


Paylaş:


Müəllif : Tarix:
29-02-2020, 10:28
  


loading...
Загрузка...