reklam
» » ARAN BÖLGƏSİNİN ÜÇ SEÇKİ DAİRƏSİ - Əsas iddiaçılar və şanslı namizədlər kimlərdir? -ADLAR+FOTOLAR

reklam

ARAN BÖLGƏSİNİN ÜÇ SEÇKİ DAİRƏSİ - Əsas iddiaçılar və şanslı namizədlər kimlərdir? -ADLAR+FOTOLAR


Aran bölgəsinin bir hissəsini əhatə edən üç seçki dairəsinin (SD) ikisində qızğın rəqabət olacağı gözlənilir. Bu dairlərin yalnız birində hakim Yeni Azərbaycan Partiyası real namizəd irəli sürüb.
79 saylı İmişli Seçki Dairəsində 24 iddiaçıdan 19-u artıq qeydə alınıb. Hazırki deputat, məşhur iş adamı Əsabil Qasımov namizədliyini irəli sürməyib. Maraqlıdır ki, YAP bu dairədən formal namizəd irəli sürüb. Hakim partiyanı Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nazim Əzimov təmsil edir.

Namizədlər arasında Müsavat Partiyasının üzvü, keçmiş deputat İltizam Əkbərli,prezidentliyə keçmiş namizəd Razi Nurullayev, Sosial Strateji və Analtik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynlinin adları diqqət çəkir. Dairədən seçiləcək millət vəkilinin bu şəxslərdən biri olacağını ehtimal etmək olar. Əhali arasında populyar namizədlərdən biri ictimai fəal İlqar Hüseynlidir. O, əvvəl iştirak etdiyi seçkilərdə yüksək səs alıb, Avropa Məhkəməsi onun hüquqlarının pozulduğunu tanıyıb.
80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa iddialı olan 23 nəfərdən 19-nun namizədliyi artıq qeydə alınıb. Yeni Azərbaycan Partiyası (YAP) bu dairədən İmişli Rayon icra Hakimiyyətinin əməkdaşı Rüfət Muradovun namizədliyini irəli sürüb. Ötən parlament seçkilərində hüquq müdafiəçisi Çingiz Qənizadə bu dairədən deputat seçilib. O, yenidən namizədliyini irəli sürüb.

Bundan başqa, bu dairədən namizədlər arasında Fövqəladə Hallar Nazirliyinin keçmiş idarə rəisi Raqif Muradovun adı diqqəti çəkir. R.Muradovun rayonun nüfuzlu ziyalılarından biri olduğu bildirilir. 
Hazırki deputat Xanhüseyn Kazımlının qızı Əsli Kazımova, Müsavat başqanının müavini Razim Əmiraslanlı, MTRŞ-nin aparat rəhbəri Asəf Hacıyev də 80 saylı dairədən namizədlərdir. Keçmiş deputat, bir vaxtlar qalmaqalları ilə mətbuatın gündəmində olan, hazırda FHN-nin Dövlət Taxıl Fonunun rəsi müavini işləyən Əhəd Əhmədov isə əvvəl sənədlərini DSK-ya versə də, sonradan fikrindən daşınıb.
81 saylı Beyləqan Seçki Dairəsində 19 iddiaçı mübarizəyə hazırlaşır. Qeydə alınanların sayı hələlik 14 nəfərdir. Yeni Azərbaycan Partiyası bu dairədən hazırki deputat Şahin İsmayılovun namizədliyini irəli sürüb. Müxalifətdən AMİP və Ümid Partiyasının nümayəndələri seçkiyə qatılıb.  

ATV kanalının aparıcı Zülfiyyə Bayramova da bu dairədən deputatlığa namizəddir. Bundan əlavə  dairədən deputatlığa namizədlə arasında “Qlobal finance” MMC-də direktor olan Süleymanov Anar Hümbət oğlu da var. Qalan namizədlər isə təhsil işçiləri, yerli dövlət qurumlarında çalışanlardan və işsizlərdən ibarətdir.


Paylaş:


Müəllif : Tarix:
16-01-2020, 21:28
  


loading...
Загрузка...