reklam
» » Rusiya kəşfiyyatı da faktlar toplayır: hücumu kim edib?

reklam

Rusiya kəşfiyyatı da faktlar toplayır: hücumu kim edib?


Rusiyanın Xarici Kəşfiyyat Xidməti Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumla bağlı məsuliyyəti kimin daşımasıyla heç bir məlumata sahib deyil.

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib. O, xidmətin bununla bağlı məlumat topladığını deyib.

Narışkin bəzi ölkələrin bu hadisə ilə bağlı İranı ittiham etməsinə da cavab verib. Bildirib ki, etibarlı sübutlar olmadan hansısa ittihamın irəli sürülməsi doğru deyil.

Qeyd edək ki, bundan öncə bəzi ekspertlər Rusiya kəşfiyyatının Səudiyyə Ərəbistanının neft zavodlarına hücum olacağı barədə məlumat əldə etdiyini, ancaq bu məlumatı bölüşmədiyini iddia ediblər. İddiaya görə, Rusiyada hücumdan bir neçə gün öncə neftin 10 faizlik radikal bahalaşmasına külli miqdarda yatırım etməyin səbəbi də budur.


Paylaş:


Müəllif : Tarix:
20-09-2019, 09:45
  


loading...
Загрузка...