reklam
» » Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI

reklam

Müsavat partiyası ÇALXALANIR - Partiya üzvü Arif Hacılını başqanlıqdan getməyə ÇAĞIRDI


Müsavat Partiyasının ABŞ-da yaşayan üzvü Ramiz Yunus bu siyasi təşkilatın hazırkı başqanı Arif Hacılıya açıq məktub.
Regionxeberleri.com Modern.az-a istinadən xəbər verir ki, Ramiz Yunus Arif Hacılını Müsavat Partiyasının oktyabrın 12-də keçiriləcək qurultayında başqanlığa yenidən namizəd olmamağa çağırıb.
R.Yunus bildirib ki, o, bu illər ərzində biz Müsavat Partiyasının əvəzedilməz lideri, 20 il ərzində bu partiyanı ölkənin ictimai-siyasi həyatında lideri etmiş İsa Qəmbərin yanında olub “Müsavat Partiyasının Nizamnaməsinə uyğun olaraq, İsa Qəmbər sonuncu qurultayda öz namizədliyini irəli sürmədi və bununla da partiya özünə yeni başqan seçməli oldu. O, əsl lider olaraq, yeni başqan kimi sizin yanınızda dayandı və əminəm ki, müsavatçıların seçdiyi istənilən yeni başqanın yanında duracaq. Mən, Müsavat Partiyasının tarixi Vətəninə dönməsində həlledici rol oynamış İsa Qəmbərin tarixi missiyasını bunda görürəm. Lakin, gəlin səmimi və vicdanlı olaq, İsa Qəmbərin başqanlıqdan getməsindən sonra, partiyanın cəmiyyətdəki nüfuzu və mövqeyi xeyli aşağı düşüb”.

R.Yunus Arif Hacılını Azərbaycan və Müsavat Partiyası naminə bu dəfə başqanlığa namizədliyini verməməyə çağırıb:
“Azərbaycan cəmiyyətində çox böyük ictimai-siyasi nüfuza malik, partiyamızın vicdanlı və parlaq üzvü Tofiq Yaqublunun namizədliyini müdafiə edin. Əminəm ki, siz belə etsəniz, həm müsavatçılar, həm də bütövlükdə Azərbaycan cəmiyyəti bunu çox böyük razılıqla qarşılayar. Əlbəttə ki, mənim sizə Müsavat Partiyasının Azərbaycan tarixindəki rolu və əhəmiyyəti haqqında danışmağım yersiz olardı, ona görə də belə bir partiyanın liderlərinin tarixi məsuliyyətini və missiyasını nəzərə almağınızı xahiş edirəm. Biz hamımız birləşib Müsavat Partiyasını Azərbaycan cəmiyyətindəki layiq olduğu yerə gətirməliyik. Ümidvaram ki, bu məktubuma səmimi, tarixi məsuliyyətlə yanaşacaqsınız və Konfusi demişkən, qaranlıq otaqda olmayan qara pişik axtarılmayacaq”, - Ramis Yunus yazıb,

Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Artıq iki namizəd bəllidir.
Bunlar I Qarabağ savaşının iştirakçısı Tofiq Yaqublu və partiyanın Lənkəran təşkilatına rəhbərlik etmiş Yadigar Sadıqlıdır.

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılının da tezliklə namizədliyini elan edəcəyi gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
17-09-2019, 11:25
  


loading...
Загрузка...