reklam
» » Tramp ABŞ kəşfiyyatına onu rəhbər gətirdi

reklam

Tramp ABŞ kəşfiyyatına onu rəhbər gətirdi


ABŞ Prezidenti Donald Tramp ABŞ Milli Kəşfiyyatının rəhbəri vəzifəsinə müvəqqəti olaraq Milli Antitterror Mərkəzinin rəhbəri Cozef Maquiri təyin edib.

Bu məlumatı Tramp öz Tvitter səhifəsində paylaşıb. O, Maquirin bu vəzifəni avqustun 15-dən icra etməyə başlayacağını bildirib.

Qeyd edək ki, Den Kouts bir müddət öncə Milli Kəşfiyyatın rəhbəri vəzifəsindən istefa verib. O, 2017-ci ildən bu vəzifəni icra edib. Onun fəaliyyət müddəti dövründə Tramp administrasiyası ilə bir çox məsələlərdə kəskin fikir ayrılıqları olub.


Paylaş:


Müəllif : Tarix:
9-08-2019, 10:21
  


loading...
Загрузка...