reklam
» » Gürcüstan parlamentində qapalı müzakirələrin keçirilməsi təklif olunub

reklam

Gürcüstan parlamentində qapalı müzakirələrin keçirilməsi təklif olunub


Gürcüstanda yeni yaradılan Ədalət Naminə Partiyası Azərbaycanla sərhədin delimitasiyası üzrə aparılan danışıqlarla bağlı parlamentdə xüsusi iclasın keçirilməsini təklif edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə partiyanın təsisçilərindən biri, deputat Eka Beselia keçirdiyi brifinqdə bildirib.

O, delimitasiya komissiyasının qanunverici orqanın birləşmiş komitələrinə hesabat təqdim etməsi təşəbbüsü ilə çıxış edib: “Komissiya tarixi əhəmiyyətə malik Keşikçi Dağı Məbəd-Kompleksi ilə üzrə uzun illərdir işləyir, lakin bu işlərin nəticələri parlamentə məlum deyil. Son hadisələr göstərdi ki, bu məsələyə parlamentin kompleks baxışı tələb olunur”.

E.Beselia bildirib ki, bu məsələyə dövlətin maraqları və Gürcüstan-Azərbaycan dostluğu nöqteyi-nəzərindən təmkinli yanaşmaq lazımdır: “Biz təklif edirik ki, Xarici əlaqələr və ya Diaspor və Qafqaz məsələləri üzrə Komitə çərçivəsində qapalı formatda komissiyanın fəaliyyəti və əldə olunan nəticələr barədə dinləmə keçirilsin”.

Partiyanın digər təsisçisi, deputat Zviad Kvaçantiradze, öz növbəsində, deyib ki, Keşikçidağla bağlı məsələyə xüsusi ehtiyatla yanaşılmalıdır.

O deyib ki, Gürcüstan-Azərbaycan münasibətləri hər zaman nümunəvi olub: “Bizim xalqları tarixən dostluq münasibətləri birləşdirib. Həm Gürcüstan, həm də Azərbaycan tərəfindən emosional çıxışlara yol verilməməlidir”.


Paylaş:


Müəllif : Tarix:
17-07-2019, 18:41
  


loading...
Загрузка...