reklam
» » Putindən vacib qərar: embarqonun müddətini uzatdı

reklam

Putindən vacib qərar: embarqonun müddətini uzatdı


Malların sərhədi keçməsi halında onların məhv edilməsi tələb olunur

 Prezident Vladimir Putin anti-Rusiya sanksiyalarına cavab olaraq tətbiq edilmiş ərzaq embarqosunun qüvvədə olma müddətini 2020-ci il dekabrın 30-na kimi uzadıb.

Bu haqda Rusiya Prezidentinin fərmanı rəsmi hüquqi informasiya portalında yerləşdirilib.
 
 Putin "Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunan xüsusi iqtisadi tədbirlər" haqqında fərmanı 2015-ci ildə imzalayıb.

Fərmana əsasən, Avropa İttifaqı, ABŞ, Avstraliya, Kanada və digər ölkələrdən ərzaq məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyulur. Bu addım adı çəkilən ölkələr tərəfindən tətbiq olunmuş anti-Rusiya sanksiyalarına cavab olaraq atılıb.

Bu malların sərhədi keçməsi halında onların məhv edilməsi tələb olunur.



 


Paylaş:


Müəllif : Tarix:
24-06-2019, 17:35
  


loading...
Загрузка...