reklam
» » Gürcü parlamentində ruslarla qalmaqal - Bakıda olan spikerin istefası tələb olunur

reklam

Gürcü parlamentində ruslarla qalmaqal - Bakıda olan spikerin istefası tələb olunur


İyunun 19-da Tbilisidə keçirilən Parlamentlərarası Pravoslavlıq Assambleyasında qalmaqal baş verib.
“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, buna səbəb Rusiyanın “Kommunist” partiyasından olan deputat, Assambleyanın prezidenti Sergey Qavrilovun hazırda Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan parlamentinin spikeri İrakli Kabaxidzenin kürsüsündə əyləşməsi, sessiyada iştirak edən 23 ölkə nümayəndəsinə müraciət etməsi olub.

Baş vermiş hadisəyə görə Tbilisidəki tədbirin təşkilatçı və rəhbərlərindən biri olan hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan millət vəkili Zakariya Kutsnaşvili üzr istəyərək bildirib ki, gərək mərasim üçün öncədən fərqli məkan seçilərdi.  



İnsident barədə məlumatlandırılan Kabaxidzedə öz növbəsində bildirib ki, sessiyanın təcili yekunlaşdırılmasını tələb edib: “Bu, ağır şou idi”.
Eyni zamanda, müxalifət parlamentdə mitinq keçirərək Gürcüstanda hakimiyyəti dəyişikliyini tələb edib. Onlar  İrakli Kobaxidzeni məsuliyyəti üzərinə götürüb istefa verməyə çağırıblar: “Əks halda impiçment prosedura başladacağıq və onu sona çatdıracağıq”.
Hazırda isə parlamentin binası polislər tərəfindən mühasirəyə alınıb, ora heç kimin daxil olmağına icazə verilmir. Binada sadəcə keçmiş hakim “Vahid milli hərəkat” və “Avropa Gürcüstanı” partiyalarının liderləri var və onlar Kabaxidzenin postundan gedənə qədər orada qalacaqlarını bəyan ediblər.

Həmçinin, parlamentin binası qarşısında müxalif partiyaların və qeyri-hökumət təşkilatlarının üzvlərindən ibarət yüzlərlə insan aksiya keçirirr. Bəzi etirazçılar Rusiya nümayəndə heyətinin üzvlərinin qaldığı hotelin qarşısına toplaşaraq oranı yumurta atəşinə tutublar. 


 


Paylaş:


Müəllif : Tarix:
20-06-2019, 21:57
  


loading...
Загрузка...