reklam
» » Azərbaycanda bu şəxslərin maaşı 50 faiz artırıldı - SƏRƏNCAM

reklam

Azərbaycanda bu şəxslərin maaşı 50 faiz artırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanda teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

Regionxeberleri.com Bakupost.az-a istinadən xəbər verir ki, sərəncama görə, qeyd olunan işçilərin maaşları 50 faiz artırılır.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsünlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


Paylaş:


Müəllif : Tarix:
11-03-2019, 17:59
  


loading...
Загрузка...