reklam
» » Paşinyan Qarabağda yeni istefalar dalğasını başlatdı... -Xankəndində ixtilaf yetişir?..

reklam

Paşinyan Qarabağda yeni istefalar dalğasını başlatdı... -Xankəndində ixtilaf yetişir?..

İyunun 10-da Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin başçısı Bako Saakyanın əsas müşavirlərindən olan general-leytenant Artur Aqabekyan istefa verib.

Regionxeberleri.com Moderator.az-a istinadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bunun ardınca Azərbaycana qarşı Qarabağ savaşının fəal iştirakçılarından olan “təhlükəsizlik şurasının katibi”, general-mayor Vitali Balasanyanın istefa verməsi haqda xəbər yayılıb.

Bir sıra düşmən saytlarının məlumatına görə, separatçı erməni rejimindəki istefaların arxasında işğalçı ölkənin baş naziri Nikol Paşinyan dayanır. O, Qarabağdakı nüfuzlu tərəfdarı, keçmiş “dövlət naziri”, “Azad vətən” “partiya”sının rəhbəri, “prezidentliyə namizəd” Araik Arutyunyan vasitəsilə B.Saakyana təzyiq edərək istədiyi vəzifəlinin istefasına nail olur. Məsələn, V.Balasanyanın istefası onun Paşinyana qarşı sərt çıxışlarıyla əlaqələndirilir.

Hələlik Artur Aqabekyan özünün könüllü şəkildə istefa etdiyini söyləyir. Saakyanın “mətbuat katibi” David Babayan isə V.Balasanyanın istefa vermədiyini bildirir. Bəzi məlumatllara görə, doğrudan təzyiqlər olsa da, Qarabağ savaşı "qəhrəmanı" Paşinyanın qarşısında geri çəkilmək niyyətində deyil.

Gecə saatlarında sosial şəbəkədə bəyanat yayan “Azad vətən” partiyasının nümayəndəsi Baqram Poqosyan Xankəndindəki istefalara Paşinyan-Arutyunyan xətti ilə nail olunması haqda informasiyaları təkzib edib.


Paylaş:


Müəllif : Tarix:
11-06-2019, 09:30
  


loading...
Загрузка...