reklam
» » İndoneziyada səslər sayıldı: Paytaxt ayağa qalxdı

reklam

İndoneziyada səslər sayıldı: Paytaxt ayağa qalxdı


İndoneziyada seçki nəticələrinin açıqlanmasından sonra paytaxt Cakartada genişmiqyaslı etiraz aksiyaları baş verib.

Bu barədə Cakarta qubernatoru Anisa Basvedan danışıb.

İndoneziyanın Mərkəzi Seçki Komissiyasının hazırkı prezident Coko Vidodonun 55.5 faiz səslə rəqibi Prabovo Subiantonu (44.5) üstələyərək növbəti müddətə prezident seçildiyini açıqlamasından sonra Subiantonun tərəfdarları küçələrə axışıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiyalar zamanı 6 nəfər həlak olub, ən azı 200 nəfər yaralanıb.

Qeyd edək ki, İndoneziyada aprelin 21-də prezident, vitse-prezident, parlament, regional parlament və bələdiyyə məclislərinə seçkilər keçirilib.

Bu seçki tarixə “ən kütləvi seçki günü” kimi düşüb. Eyni zamanda bir neçə sutka yatmadan işlədiyi üçün ölkə üzrə 500-dən çox seçki komissiyası üzvünün ölməsi faktı da diqqət çəkib.



Paylaş:


Müəllif : Tarix:
22-05-2019, 10:49
  


loading...
Загрузка...