reklam
» » İSTANBULDA TƏKRAR BƏLƏDİYYƏ SEÇKİLƏRİ KEÇİRİLƏCƏK – YSK tarixi də açıqladı (Yenilənib)

reklam

İSTANBULDA TƏKRAR BƏLƏDİYYƏ SEÇKİLƏRİ KEÇİRİLƏCƏK – YSK tarixi də açıqladı (Yenilənib)


Türkiyənin Yüksək Seçki Komissiyası (YSK) İstanbulda təkrar bələdiyyə seçkisinin keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarını verib.

Uzun araşdırmalardan sonra YSK İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçkisinin təkrarlanmasını qərara alıb. YSK üzvlərinin 7-si qərarın lehinə, 4-ü əleyhinə səs verib.

Qərara görə, İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçkilərinin nəticələri ləğv edilib. Yeni seçkilər 23 iyun tarixinə – bazar gününə təyin olunub.

Qeyd edək ki, Komissiya mart ayının 31-də keçirilmiş bələdiyyə seçkilərində İstanbulda qanun pozuntularının olması ilə bağlı AKP-nin şikayəti əsasında belə qərar verib. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və onun Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan müttəfiqləri Türkiyənin Yüksək Seçki Komissiyasına şikayət ərizəsi təqdim edib və İstanbulda seçki pozuntularının olduğunu iddia edərək nəticələrin ləğv olunmasını, seçkinin yenidən keçirilməsini tələb etmişdilər.

İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplamışdı. YSK Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz etmiş və bir çox rayonda səslər yenidən sayılmasına qərar verilmişdi.. Etibarsız hesab edilmiş yüz minlərlə səs, habelə bəzi məntəqələrdə bütün səslər həftələrlə yenidən sayılmışdı. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşmüşdü.

Bu da ortada İmamoğlunun xeyrinə saxtakarlığın olduğu iddialarını daha da artırmışdı. AKP bu iddialarını təsdiqləyən sənədləri YSK-ya təqdim edərək, nəticələrin bütünlüklə ləğvini tələb etmişdi.

YSK uzun araşdırmalardan sonra İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçkilərində saxtakarlığa yol verildiyini təsbit olunduğunu bəyan edərək, seçkinin təkrar keçirilməsinə qərar verdi. Qərar rəsmi olaraq bir qədər sonra açıqlanacaq.

Qeyd edək ki, Türkiyə prokurorları da İstanbulda keçirilən yerli seçkilər zamanı qanun pozuntuları iddiası ilə 32 iş üzrə istintaqa başlayıb və 100-dən çox seçki məntəqəsinın səlahiyyətlilərini şübhəli qismində sorğu-sual edib.

Əlavə məlumatlar veriləcək.


Paylaş:


Müəllif : Tarix:
6-05-2019, 21:23
  


loading...
Загрузка...