reklam
» » Ukraynada prezident seçkiləri başa çatdı - “Exit-poll” nəticələri açıqlandı

reklam

Ukraynada prezident seçkiləri başa çatdı - “Exit-poll” nəticələri açıqlandı


Ukraynada yerli vaxtla səhər saat 08:00-da başlayan prezident seçkiləri başa çatıb.

Prezidentlik uğrunda 39 namizəd mübarizə aparıb.

Ukraynanın 3 yerli təşkilatının apardığı “exit-poll”un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası yekun nəticələri 10 gündən gec olmayaraq açıqlamalıdır. Əgər hər hansı namizəd səslərin 50 faizindən çoxunu qazana bilməsə, ölkədə prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.



Paylaş:


Müəllif : Tarix:
31-03-2019, 22:18
  


loading...
Загрузка...