reklam
» » Biradamlıq partiyalar Milli Məclisdən uzaqlaşdırılacaq

reklam

Biradamlıq partiyalar Milli Məclisdən uzaqlaşdırılacaq


Milli Məclisin hazırkı tərkibində müxalifəti təmsil edən partiyalar növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentdən kənarda qala bilər. 
Yenisabah.az xəbər verir ki, bunun səbəbi artıq həmin partiyaların ictimaiyyət və beynəlxalq qurumlar tərəfindən müxalifət kimi tanınmamasıdır. Digər tərəfdən onların təmsilçilərindən bəziləri ictimaiyyətdə mənfi persona kimi qəbul olunur. Bu da artıq hakimiyyətin maraqlarına cavab vermir. 
Məlumat üçün deyək ki, hazırda Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından (YAP)  başqa daha 7 partiya təmsil olunur ki, onlar müxalifət fəaliyyətində olmasalar da, özlərini müxalifət adlandırır. Həmin partiyalar aşağıdakılardır:
Ana Vətən Partiyası – sədr Fəzail Ağamalı
Vəhdət Partiyası – sədr Tahir Kərimli
Sosial Rifah Partiyası – sədr Xanhüseyn Kazımlı
Sosial Demokrat Partiyası – sədr Araz Əlizadə
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev
Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə
Böyük Qurtuluş Partiyası – sədr Fazil Mustafa
Bu partiyaları Milli Məclisdə yalnız sədrləri təmsil edir. İddia olunur ki, yeni parlamentdə adı qeyd edilən partiyaları müəyyən qədər müxalifətçilik fəaliyyəti olan digər siyasi təsisatlar əvəz edə bilər.


Paylaş:


Müəllif : Tarix:
1-12-2019, 11:27
  


loading...
Загрузка...