reklam
» » “Müsavat Partiyasından bir nəfər də mühacirətə göndərilməyib” – Arif Hacılı

reklam

“Müsavat Partiyasından bir nəfər də mühacirətə göndərilməyib” – Arif Hacılı


Müsavat başqanı Arif Hacılı “mühacir biznesi” ilə bağlı ittihamları cavablandırmaq üçün partiyanın qərargahında mətbuat konfransı keçirir.
Arif Hacılı Müsavat Partiyasına qarşı ittihamların əsassız olduğunu deyir. Onun sözlərinə görə, ittihamlar xüsusi sifariş əsasında Müsavat Partiyasına qarşı aparılan kampaniyanın tərkib hissəsidir.

Arif Hacılı bildirib ki, Müsavat Partiyasından bir nəfər də olsa Avropaya mühacirətə göndərilməyib. “Əksinə, getmək istəyənlərə bildirmişik ki, Azərbaycan siyasi vəziyyətin dəyişməsi mümkündür”, - Müsavat başqanı vurğulayıb.

Bununla belə, Arif Hacılı qeyd edib ki, təzyiqlərə məruz qalan və Avropaya sığınmaq qərarına gələn müsavatçılara arayış verilib. “Onlarla belə arayış verilib. Amma deyildiyi kimi 200 deyil, 100-dən də azdır”, - deyə Müsavat başqanı əlavə edib.

Arif Hacılı həmçinin bildirib ki, Müsavat Partiyasında kiminsə kiməsə şəxsi mülahizələri əsasında arayış verməsi mümkün deyil. “Hər hansı bir müsavatçı arayış almaq istəyirsə, əvvəlcə onun hansı rayon təşkilatının üzvü olduğu müəyyənləşdirilir. Rayon təşkilatlarının rəhbərləri araşdırma apardıqdan sonra sənəd verilir. Həmin sənəd təşkilat departamentidə araşdırılır, yazılanların doğru olub-olmadığı müəyyənləşdirilir. Növbəti mərhələ bu məsələ Mərkəzi İcra Aparatı tərəfindən araşdırlır. Beləliklə, bu prosedurlar başa çatandan sonra arayış verilib-verilməməsi barədə qərar qəbul edilir. Onu da qeyd edim ki, artıq iki ildir ki, Müsavat Partiyasının iki ildən az üzvü olanlara arayış verilmir. Bu hüquqa ziddi olsa da biz də vəziyyəti nəzərə alaraq Məclisin qərarı ilə belə bir qadağa tətbiq etmişik”.


Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 14:12
  


loading...
Загрузка...