reklam
» » Nankor ermənilər Bakıdan təzəcə dönən patriarx Kirilin sözlərini nə tez unutdular?.. - Gərginlik...

reklam

Nankor ermənilər Bakıdan təzəcə dönən patriarx Kirilin sözlərini nə tez unutdular?.. - Gərginlik...


Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsinin təhqir edildiyi haqda yazmışıq. Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhənin üzərinə boya tökmüşdü. Bununla o, heç şübhəsiz, Rusiyada nasist əlaltılarının qəhrəmanlaşdırılmasına qarşı hökm sürən ovqatdan çıxış eləmişdi.

Ardınca Ermənistanın Moskvadakı səfirliyi etiraz bəyanatı yayaraq, baş vermiş hadisəni “erməni-rus əlaqələrinin ruhuna uyğun gəlməyən vandalist akt və millətlərarası gərginliyə gətirəcək hərəkət” kimi qiymətləndirdi; bir az da uzağa gedərək, Armavir şəhər hökumətini baş verən hadisəyə müvafiq qiymət verməyə, hətta deputatı cəzalandırmağa çağırdı.

Ancaq gözlənildiyi kimi, Ermənistan XİN-in etirazına rəsmi Moskva heç bir reaksiya verməyib. Daha doğrusu, ona laqeyd yanaşıb. Armavirli deputat da cəza-zad almayıb. Həmçinin üstünə boya tökülmüş lövhə hələ ki yenisi ilə əvəz olunmayıb. Hər halda, əvəzlənsəydi, yəqin ki, xəbər dərhal yayılardı. Çünki söhbət Rusiya ərazisindən, Rusiya cəmiyyətinin, xüsusən də onun ictimai-siyasi və ekspert kəsiminin olduqca həssas və ağrılı yanaşdığı məsələdən, “Almaniya üçün ölən, Ermənistan üçün ölür!” ifadəsinin müəllifi erməni faşisti Q.Njdedən gedir.

Sözsüz ki, bu səbəbə Rusiya hökuməti deputata qarşı heç bir ölçü götürməyəcəkdi və götürmədi də. Ona görə ki, onun hərəkəti nasist əlaltıları ilə bağlı Rusiyanın dövlət mövqeyi ilə üst-üstə düşür. Bir daha xatırladaq ki, bu mövqe bir neçə ay öncə Rusiya XİN-in yaydığı hesabatda əksini tapıb.

*****

Bununla belə, Armavir olayı erməni cəmiyyəti ilə onun rəsmi qurumlarının Njdeyə münasibətdə eyni mövqe və təfəkkür daşıyıcısı olduğunu ortaya çıxardı. O da bəlli oldu ki, Ermənistanda iqtidarlı-müxalifətli bütün siyasi qüvvələr - baş nazir Nikol Paşinyan, onun devirdiyi eks-prezident Serj Sərkisyan - hamı Qaregin Njdeyə sevgi bəsləyir, onu milli qəhrəman hesab edir.

Bu da daha bir fakt: Rusiyanın sözügedən Armavir şəhərində yaşayan ermənilər Qaregin Njdeyə dəstək aksiyası təşkil ediblər (Axar.az). Məlumatlara əsasən, nasist idealogiyalı Njdeni özlərinə qəhrəman edən ermənilər bu dəfə öz avtomobillərinin üzərinə “Njde bizim qəhrəmanımızdır” yazısı yapışdırmagı öz xalqının nümayəndələrinə tövsiyə edirlər. Halbuki Njdenin tarixi faktlarla satqın olması, nasist Almaniyasına qulluq etməsi artıq bir çox müstəqil tarixçilər tərəfindən sübut olunub. Amma göründüyü ki, Ermənistan, erməni toplumu MDB məkanında mövcud olan sərt ovqata zidd gedərək, bu ideologiyaya sadiqliyini davam etdirir. İrəvanda Njdenin 10 metrlik heykəlini sökmək əvəzinə, yeni abidələr açılır, fləşmoblar düzənlənir. Bu, ermənilərin nasist ideologiya ilə bəsləndiklərinin yeni sübutudur. Xatırladaq ki, bundan az öncə İrəvanda Armavir olayı ilə bağlı Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilmişdi.

*****

Günün absurdu da elə budur: ermənilərin hətta Rusiyada, Rusiyaya qarşı etiraza qalxması. Halbuki bu gün erməni iqtisadçı ekspertlər də etiraf edirlər ki, ölkədə olan-qalan əhalinin, uşaq-qadın-qocaların yarıdan çoxu Rusiyadakı erməni əmək miqrantlarının göndərdiyi pullar hesabına yaşayır, acından ölməkdən qurtula bilirlər. Bütövlükdə isə Ermənistan adlı saxta dövlət müstəsna olaraq Rusiyanın hesabına mövcuddur.

Ermənistan öz müstəqilliyini elan elədiyi gündən onun xarici sərhədlərini (Türkiyə, İran) rus əsgərləri qoruyur. Gümrüdəki 5 minlik Rusiya hərbi bazası da öz yerində. Diqqət edin, SSRİ 28 ildir dağılsa da, Ermənistanda Rusiya hərbi mövcudluğu nəinki zəifləməyib, əksinə, güclənib. Halbuki qonşu Azərbaycan və Gürcüstandan rus qoşunları çoxdan çıxarılıb. Azərbaycan Qəbələ RLS-i də bir neçə il öncə ləğv edib. Rusiya olmasaydı, Ermənistan şübhə yox ki, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirə bilməz, heç Ermənistan adlı dövlət olmazdı.

Bu yerdə təzəlikcə Bakıda Dünya dini liderlərinin II sammitində iştirakçı olmuş Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin bir neçə ay öncə İrəvanda anti-Rusiya aksiyaları keçirən nankor ermənilər barədə dediyi sözləri yada salmağa dəyər.

Kiril demişdi: “Erməni dövləti yaranan andan biz bu xalqı müdafiə edirik - hansı ki, hətta heç pravoslav da deyil. Biz Ermənistanı həmişə rus dövlətinin bir hissəsi hesab eləmişik və katolik erməniləri göz bəbəyimiz kimi qorumuşuq. Belə qəliz coğrafiyada o, (Ermənistan - ”YM") Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə diqqət edin, necə də hər şey kəskin dəyişir və yaxşılıq necə də sərt formada və həyasızcasına unudulur. Sən demə, biz erməniləri istismar eləmişik və onların bu gün malik olduqlarını onlara verməmişik. Ancaq onlar bir həqiqəti unutmasınlar: Rusiyasız onlar bu torpaqlarda çox mövcud olmayacaqlar - hansı torpaqlar ki, onların xilaskarlarının, rus pravoslav əsgərlərinin qanı ilə suvarılıb..."

*****

Yenə məhz Rusiya işğalçı ölkəyə ən ucuz qiymətə silah-sursat verir ki, silahlanma sahəsində Azərbaycandan çox geri qalmasın. Postsovet məkanında təbii qazı ən ucuz qiymətə satır, qəza vəziyyətində olan Metsamor AES-in istismarını davam etdirir ki, ermənilərin yaşayış səviyyəsi tam quyunun dibinə düşməsin.

Bir sözlə, Ermənistan çoxdan Moskva üçün, Rusiya iqtisadiyyatı üçün daşınması ağır olan yükə, bir neçə dəfə vurğuladığımız kimi, “qulpsuz çamadan”a çevrilib. Görünür, “çamadan”ın xəbəri yoxdur ki, Kreml hər an “düyməyə” basa və günün birində bezib onu zibilliyə ata bilər...
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
19-11-2019, 09:28
  


loading...
Загрузка...