reklam
» » “Gedin baxın, Azərbaycan təmas xəttində hansı mühəndis işləri görüb...” - BALASANYAN ƏLİYEV-PAŞİNYAN “GİZLİ ANLAŞMASI” HAQDA

reklam

“Gedin baxın, Azərbaycan təmas xəttində hansı mühəndis işləri görüb...” - BALASANYAN ƏLİYEV-PAŞİNYAN “GİZLİ ANLAŞMASI” HAQDA


Ermənistan baş naziri ilə Azərbaycan prezidenti arasında anlaşma var ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtmasın.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu iddia ilə sürətlə Nikol Paşinyanın ən qatı düşməninə çevrilməkdə olan qarabağlı səhra komandiri-general Vitali Balasanyan çıxış edib.

O habelə bildirib ki, Paşinyanın lovğalandığı kimi, təmas xəttində gərginliyin azalması Azərbaycanı tam qane edir.

“Sadəcə görmək lazımdır ki, bütün bu vaxt ərzində Azərbaycan qoşunların təmas xəttində hansı mühəndis işlərini görüb. Xüsusən də müdafiə döyüşlərinin, hücum döyüşlərinin aparılması, hava müşahidəsi, gündüz müşahidəsi, gecə müşahidəsi üçün. Gedin görün və əmin olun ki, Nikol Paşinyanın operativ əlaqəsi antierməni mahiyyəti daşıyır, təhlükəlidir və bizim təhlükəsizliyimizi təhdid edən anlaşmadır”,-Balasanyan deyib.

Bundan əvvəl Balasanyan Paşinyana fiziki divan tutmaqla hədələmişdi. Daha sonra o, Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna razılaşdığını iddia edib. Balasanyan bildirir ki, onun özünün mənbələri var və Paşinyanın Əliyevlə nədən danışdığını, hansı anlaşma əldə etdiklərini bilir.


Paylaş:


Müəllif : Tarix:
16-10-2019, 13:08
  


loading...
Загрузка...