reklam
» » Dənizi başqaları üçün bağlayanlar Maldiv adalarında istirahət edir - PİRŞAĞIDA 5 VİLLANIN "DƏNİZ HASARI" SÖKÜLDÜ

reklam

Dənizi başqaları üçün bağlayanlar Maldiv adalarında istirahət edir - PİRŞAĞIDA 5 VİLLANIN "DƏNİZ HASARI" SÖKÜLDÜ


Politoloq Elxan Şahinoğlu Pirşağıda bağ evində yaşayır. Yerli hakimiyyət beş villanın digər sakinlərin dənizə keçidinin qarşısını kəsən hasarını sökdükdən sonra dünən o, ilk dəfə Xəzərin sahilindən piyada keçə bilib.

Regionxeberleri.com Gununsesi.org-a istinadən xəbər verir ki, bu barədə politoloq özünün sosial şəbəkədki hesabında yazıb.

Elxan Şahinoğlu qeyd edib ki, villa sahibləri özləri üçün “öz sahillərini” – bahalı evdən birbaşa dənizə çıxış və “öz çimərliklərində” çimmə imkanı yaradıblar: “İndi artıq hamı üçün açılan sahildə gəzişirəm və 20-30 metr daş hasarın söküldüyünü görürəm”.

Ən maraqlısı odur ki, Elxan Şahinoğlu o, bu villalarda heç kimin olmadığını görüb. “Özləri üçün malikanələr tikiblər, sahili başqaları üçün bağlayıblar, özləri isə İspaniyada, Maldiv adalarında istirahət edirlər. Başqaları üçün bağlı olan çimərlikləri olan villalar onlara farmazonluq üçün lazımdır”, deyə politoloq qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
14-08-2019, 11:44
  


loading...
Загрузка...