reklam
» » Sabiq nazirin qardaşının işində KURYOZ: - Hakim hökmü elan etmədi

reklam

Sabiq nazirin qardaşının işində KURYOZ: - Hakim hökmü elan etmədi


Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Regionxeberleri.com-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Əvəz Əhmədov son sözlə çıxış edib.

O, günahsız olduğunu və ittihamların məhkəmə istintaqında sübuta yetirilmədiyini deyib.

Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdan kollegiya hökm elan etməyib.

Bildirilib ki, istintaq qismən yenilənir. İşi aparan müstəntiq məhkəmədə dindirilməlidir.

Bu səbəbdən proses saat 17:00-dək təxirə salınıb.

Qeyd edək ki, Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir.

Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. O, Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib.

Daha sonra Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarına söz verib və buna görə də H.Əsgərovu sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb.

Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib.

Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əsgərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur.

Zərərçəkmişlərdən Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.


Paylaş:


Müəllif : Tarix:
13-03-2019, 15:55
  


loading...
Загрузка...