reklam
» » Bakıda 1 yaşlı körpənin qəyyumluğu ilə bağlı sərəncam icra olunmur - GİLEY

reklam

Bakıda 1 yaşlı körpənin qəyyumluğu ilə bağlı sərəncam icra olunmur - GİLEY

Bakı sakini qətlə yetirilən qardaşının övladının ana nənəsindən alınmasını istəyir.

Bu barədə qətlə yetirilən İlkin Məmmədovun bacısı Sona Adılı "Report"a ünvanladığı şikayətində bildirib.

Belə ki, bu il fevral ayının 5-i Vəli Behbudov adlı şəxs öz bacısını və onun keçmiş həyat yoldaşı İlkin Məmmədovu qətlə yetirib. Qətlə yetirilən şəxslər hadisədən bir ay əvvəl rəsmi şəkildə boşanıblar. Hadisəni törədən şəxs cütlüyü barışdırmaq adı ilə hər iki şəxsi İlkin Məmmədovun evinə çağırıb və orada ev sahibini bıçaqlayaraq, bacısını isə boğaraq öldürüb. Olay yerindən uzaqlaşan şəxs daha sonra polisə təslim olub.

Qətlə yetirilən şəxslərin birgə nikahından bir yaşlı övladları var.

Sona Adılı deyir ki, qətli törədən şəxs hazırda Maştağada yerləşən 1 saylı ruhi-əsəb dispanserində saxlanılır:

“Anlaqsız vəziyyətdə olduğu deyilərək həbs edilmir. Hadisə baş verən gündən bəri körpə ana nənəsi Xədicə Behbudovadadır. Onu bizə göstərilimir. Mart ayında Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayə Komissiyasına müraciət edib uşağın qəyyumluğunun anam Sahibə Məmmədovaya verilməsini istəmişik. Anam da, mən də qatilin ailəsində uşağımızın böyüməsinə razı ola bilmərik. 3 ay müddətində müraciətimizə baxıldı və qəyyum anam təyin edildi (icra başçısı sərəncam imzalayıb - red.). Bunun üçün də bizə rəsmi sənəd verildi və qərarın icrası Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırıldı. Amma uşağın ana nənəsi gedib hay-küy salıb, uşağı verməyəcəyini deyib. İcra hakimiyyəti də bizə bildirdi ki, məhkəməyə müraciət edək. Biz də məhkəməyə müraciət edərik, amma proses uzun çəkəcək. Bizim əlimizdə Qəyyumluq və Himayə Komissiyasının sənədi var. 3 aydır ki, uşaqdan xəbər yoxdur. Bilmirik nə yeyir, nə içir... Anamın vəziyyəti yaxşı deyil. Övladını itirib, təsəlli kimi nəvəsini istəyir. Amma əlimizdəki qanuni sənədin tələbini icra edən yoxdur. Məsələ ilə bağlı dövlət qurumlarına müraciət hazırlamışıq. Onu göndərəcəyik".

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının Qəyyumluq və Himayə Komissiyasının üzvü Elçin Quliyev "Report"a bildirib ki, Komissiyanın qərarı elan edilib və surəti Sahibə Məmmədovaya verilib: “Qərar elan edilərkən qarşı tərəf, yəni Xədicə Behbudova etiraz etdi və bununla bağlı güzəştə getməyəcəyini bildirdi. Qəbul etdiyimiz sənədlə uşağın hüquq və vəzifələrinin öhdəliyi Sahibə Məmmədovaya verilib. Lakin Xədicə Behbudova üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə və mübahisəli iş olduğuna görə, məhkəməyə müraciət edilməlidir. Biz məcbur uşağı alıb kiməsə verə bilmərik. Bunu yalnız məhəkəmənin qərarı ilə hüquq-mühafizə orqanları edə bilər.

Sahibə Məmmədova iyunun 13-ü yenidən müraciət edib. 3 gün iş olmadığına görə, bu həftə ərzində qeydiyyata alınıb Komissiyada baxılacaq. Ondan sonra rəsmi cavab verəcəyik”.




Paylaş:


Müəllif : Tarix:
19-06-2019, 16:30
  


loading...
Загрузка...