reklam
» » Sabirabadın yeni başçısı kəşfiyyata çıxıb... - Saatlıdan qalmaqalla ayrılmışdı...

reklam

Sabirabadın yeni başçısı kəşfiyyata çıxıb... - Saatlıdan qalmaqalla ayrılmışdı...



Keçən həftə Saatlı rayon icra hakimiyyətinin başçısı postundan Sabirabad RİH rəhbərliyinə transfer olunan Siraqəddin Cabbarov yeni vəzifəsində ilk mübarək addımlarını atmaqdadır. Hər halda, DİA.AZ-a daxil olan informasiyalardan belə anlaşılır.

Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Saatlıda son iş günlərini qalmaqalla başa vuran Siraqəddin Cabbarov Sabirabadda ilk iş gününü "ərazini öyrənməyə" sərf edib.

Mənbənin dia.az-a söylədikləri: "Başçı bir neçə yaxın adamını özü ilə Saatlıdan gətirib. Onlara daveriulən əsas tapşırıq rayondakı obyektlərin siyahıya alınmasından ibarətdir. Hətta bu işdə regional vergi idarəsininxidmətlərinə də tam etibar etməyib. Çünki elə obyektlər var ki, hələ də vergi uçotunda deyil. Amma təzə başçının hesab kitabında mütləq olmalıdır".

Mənbə iddia edir ki, gəldiyi gündən bu yana Siraqəddin Cabbarov yerli idarə müdirlərindən heç birini qəbul etməyib.


Paylaş:


Müəllif : Tarix:
21-05-2019, 16:18
  


loading...
Загрузка...