reklam
» » “Utanıb yerə girmək əvəzinə, belə bəyanatlar verirsən” - Arif Paşadan generala sərt İTTİHAM

reklam

“Utanıb yerə girmək əvəzinə, belə bəyanatlar verirsən” - Arif Paşadan generala sərt İTTİHAM


General-mayor Elbrus Orucov mayın 8-də - Şuşa şəhərinin işğalının 27-ci ildönümündə HafizTimes.com-a müsahibə verib. Keçmiş müdafiə naziri Rəhim Qazıyevin onu “Şuşaya xəyanət”lə ittiham etməsinə münasibət bildirən E. Orucov maraqlı məqamlara toxunub. Onun bu suala cavabını olduğu kimi təqdim edirik:

“Ruslarda belə bir deyim var: “Əgər sən də ona cavab versən, onun səviyyəsinə düşərsən”. Hamı da bilir ki, o, ağzına gələn hər sözü danışır. Mən heç vaxt onun səviyyəsinə düşmərəm. Mənim ad-sanım var. Axı mən elə insan deyiləm. Mən öz sözümü cəbhədə demişəm. Bütün cəbhə bölgələrində Tərtər, Goranboy, Ağdam, Füzulidə şəxsən mənim adım çəkilir. Əgər siz Şuşa, Laçından olan bir nəfərdən soruşsanız görəsiniz ki, Elbrus Orucov haqqında necə danışırlar!

Gedin mənim haqqımda bir vaxtlar danışmış Arif Paşayevdən (Laçın özünümüdafiə alayının komandiri Arif Paşa-red.) soruşun! Hamının yanında məndən üzr istəyib dedi ki, Elbrus müəllim hamının səhvi olur, siz böyük adınıza görə hamını bağışlaya bilərsiniz. Məndən də xahiş etdi. Mən də bağışladım. Mənim haqqımda Arif Paşayevdən, Aqil Əliyev, Fəxrəddin Səfərovdən soşurun. Mən hara, Rəhim Qazıyev hara!”.

Elbrus Orucovun müsahibəsində adını çəkdiyi Laçın alayının komandiri Arif Paşa Modern.az-a açıqlamasında general-mayordan üzr istəmədiyini vurğulayıb:

“Mən düşünürdüm ki, bu adam, yəni Elbrus Orucov baş vermiş hadisələrdən nəticə çıxarıb, rusların əlində oyuncağa çevrilməyinin Vətən üçün hansı fəlakətli nəticə verdiyini dərk edərək, vicdan əzabı çəkib və günahını yumaq istəyindədir. Yanılmışam! Qozbeli qəbir düzəldər. Elbrus Orucovun Şuşa-Laçın məhkəməsində verdiyi heç bir ifadə bir-birinə uyğun gəlmirdi. Çünki yalançının yaddaşı olmaz! O başdan ayağa yalan danışırdı. İndiki kimi...

Mən yurdumun erməni tapdağı altında qalmasında bilavasitə məsuliyyət daşıyan, mənim illərlə günahsız olaraq həbsdə yatmağıma səbəb olmuş birisindən üzr istəyə bilərdimmi? Əxlaq və ləyaqətdən nə qədər uzaq olmalısan ki, utanıb yerə girmək əvəzinə belə bəyanatlar verəsən.

Şuşa və Laçının işğalına münasibətdə Rusiyanın Ukraynada – Krımda törətdiklərini nəzərə almalıyıq. Düşüncələrimizdə müəyyən xırda dəyişikliklər ondan ibarətdir ki, biz Şuşanı saxlamaq imkanına malik olmamışıq. Bizdən qat-qat böyük potensiala malik olan Ukraynadan Krımı qoparıb alan Rusiyanın Şuşa və Laçını da bizim əlimizdən almağa gücü yetəcəkdi. Amma bu Elbrus Orucovun bu torpaqların işğal edilməsindəki günahlarına bəraət verə bilməz”.

Arif Paşa xüsusi olaraq vurğulayıb ki, əksinə, Etibar Orucov ondan üzr istəyib:

“Mən yox, o, məndən üzr istəyib. Birinci dəfə 1998-ci ildə mən həbsdən çıxandan sonra, yaşadığım qəsəbəyə gələrək "Asiman" restoranının yanında, Seyfullayev Telman Saleh oğlunun da şahidliyi ilə onu bağışlamağımı xahiş edib.

İkinci dəfə 2014-cü ildə Elmlər Akademiyası yaxinlığındakı kafedə mən, Şuşa könüllü batalyonunun komandiri Fəxrəddin Səfərov və Qubadlı rayonunun komendantı olmuş Saleh Rüstəmovdan üzr istəyib. Burada adlarını çəkdiyim hər bir şəxsin sizə əlaqə nömrəsini verərəm. Dəqiqləşdirə bilərsiniz”.


Paylaş:


Müəllif : Tarix:
10-05-2019, 13:33
  


loading...
Загрузка...