reklam
» » Arif Rəhimzadədən Milli Məclisin buraxılmasına ETİRAZ - "Bu, Milli Məclisin işləmədiyi anlamına gəlir"

reklam

Arif Rəhimzadədən Milli Məclisin buraxılmasına ETİRAZ - "Bu, Milli Məclisin işləmədiyi anlamına gəlir"


Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisin buraxılması ilə bağlı qərar layihəsinə etiraz edib.

Regionxeberleri.com Modern.az-a istinadən xəbər verir ki, spikerdən təkidlə söz alan A.Rəhimzadə bildirib ki, qərarda yer alan “Milli Məclisin bu tərkibdə işləməsi mümkünsüzdür” sözləri doğru deyil:

“Bu, Milli Məclisin işləmədiyi anlamına gəlir. Burada çıxış edənlər hamısı elə danışdılar ki, parlament sanki işləməyib. Xeyr, parlament bu müddət ərzində çox səmərəli fəaliyyət göstərib, dövlət başçısının siyasətinə dəstək verib. Bir tərəfdən sosial şəbəkləri, mətbuatı qınayırıq, bir tərəfdən də özümüz eyni addımı atırıq. Həm də “buraxmaq” sözü olmamalıdır, məntndə “yeni seçkilər” kimi getməlidir”.

O.Əsədov isə A.Rəhimzadəyə “Arif müəllim, siz iclasa diqqətlə qulaq asmamısız. Ona görə də yanlış anlamısınız”, - deyə cavab verib.


Paylaş:


Müəllif : Tarix:
2-12-2019, 16:08
  


loading...
Загрузка...